Bu gün Fəqan Məmmədovun məhkəməsi keçirilib-VİDEO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Fəqan Məmmədovun növbəti məhkəmə prosesi keçirilib. Şahid qismində onunla birlikdə həbs olunan Arif Cəfərov ifadə verib. O, öz ifadəsində saxlanılmalarından, Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmalarından, üzərilərinə narkotik vasitə qoymaqla şərlənmələrindən danışıb. Sonunda Cəfərov hakimə “İnsanları şərləməkə hökm verərkən gecələr necə rahat uyuyursunuz?” deyə soruşması hakimin etirazına səbəb olub. Arif Cəfərov onlara qarşı hər növ ittihamları rədd edib.  Hakim növbəti prosesi 17 may saat 16:15-ə təyin edilib.

Xatırladaq ki, 2021-ci ilin 2 sentyabr tarixində Gəncə sakinləri Fəqan Məmmədov, Arif Cəfərov və Amin Kərimli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb. Onlar cinayət məcəlləsinin 234.3.4-cü maddəsi ilə - külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması -maddəsi ilə baarələrində cinayət işi açılıb. Hər üç gənc həbslərini sifarişli adlandırırlar. Onlar Bakıdan Gəncəyə üzərində “Ya Hüseyn” yazılmış köynəklərin gətirilməsinə görə hakimiyyətin hədəfinə gəldiklərini söyləyirlər. Hər üç gənc birlikdə həbs olunsa da, lakin məhkəmələri biri digərindən ayrı olaraq keçirilir. Arif Cəfərov və Fəqan Məmmədovun məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində, Amin Kərimlinin məhkəməsi isə Gəncə Agir Cinayətlər Məhkəməsində keçirilir.