BVF: Azərbaycanın əmtəə və xidmətlər dövriyyəsi azalıb

Beynəlxalq Valyuta Fondu 2020-ci il üçün Azərbaycanın əmtəə və xidmətlər dövriyyəsi üzrə proqnozunu açıqlayıb.
BVF-nın proqnozuna görə, əmtəə və xidmət ixracı 28,9% azalaraq 28,56 mlrd. manat təşkil edəcək. İdxalın həcmi isə 4,6% azalaraq 28,73 mlrd. manat olacaq.
2021-ci il üçün olan proqnozda, ixracın 30,6 mlrd. manat, idxal 31,4 mlrd. manat təşkil edəcəyi bildirilib.
Fondun proqnozlarına görə, 2020-ci ildə ölkənin əmtəə və xidmətlər dövriyyəsinin saldosu müsbətdən mənfiyə düşərək 170 mln. manat təşkil edəcək. 2021-ci ildə isə mənfi saldo 800 mln. manata çatacağı gözlənilir.
2019-cu ildə Azərbaycanın əmtəə və xidmətlər dövriyyəsinin müsbət saldosu 10,06 mlrd. manata bərabər olub. Belə ki, ötən il ixrac 40,17 mlrd. manat, idxal isə 30,11 mlrd. manat təşkil edib.