Çağırış yaşındakı insanlar kütləvi şəkildə Rusiyanı tərk etməyə başlayıblar

Operativ.tv Turan-a istinadən xəbər verir ki, dünəndən etibarən Rusiyanın sərhəd məntəqələrində çağırış yaşındakı kişi əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi müşahidə olunur.

Sosial şəbəkələrdə yayılan videolardan göründüyü qədər, sərhəd məntəqələrində kilometrlərlə uzunluğu olan avtomobil növbələri yaranıb. İnsanlar əsasən Gürcüstana və Monqolustana getməyə çalışırlar, belə ki, digər ölkələrlə sərhədlər bağlıdır.

Bu fonda "Aeroflot" aviaşirkətinin xaricə bütün reysləri ləğv etdiyi haqqında qeyri-rəsmi məlumatlar daxil olur. Bunun insanların ölkəni hava yolu ilə də tərk edə bilməməsi üçün edildiyi güman edilir.