20 January 2020

Xalq öz şəhidlərini belə andı - Fotolar

Azərbaycan xalqı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş qanlı hadisənin 30-cu ilini anmaq üçün Şəhidlər xiyabanını ziyarət edir.

Operativ.tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, minlərlə insan şəhidlərimizin məzarını ziyarət edərək qərənfil dəstələri düzür, onların xatirəsini ehtiramla anır.

Böyük izdiham içində Bakı sakinləri ilə yanaşı, paytaxtımızın qonaqlarına və bölgələrdən gələn insanlara da rast gəlmək olar.

 

Putin baş prokuroru istefaya göndərib

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına ölkənin baş prokuror vəzifəsinə Rusiya İstintaq Komitəsi rəhbərinin müavini İqor Krasnovun namizədliyini nəzərdən keçirməyi təklif edib. Bu barədə RİA Novosti yazıb. 

 

Məlumatda bildirilir ki, ölkənin baş prokuroru Yuri Çayka başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. 

 

Parlament seçkilərində “Exit-poll” keçirmək istəyən təşkilatlar üçün son gün

Fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə “Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi müddəti yanvarın 20-də başa çatır.

 

Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, akkreditasiya üçün sənədlər səsvermə gününə ən azı 20 gün qalanadək, yəni 2020-ci il yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.