24 January 2020

Putin Zelenskinin təcili görüş istəyinə `GÖZLƏ` deyib

Rusiya və Ukrayna prezidenti Vladimir Putin və Vladimir Zelenskinin aprel ayında "Normand formatında" keçiriləcək sammitdən qabaq görüşləri planlaşdırılmır. Gazeta.ru qəzetinin məlumatına görə, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

 

Onun sözlərinə görə, hazırda prezidentlər arasında kifayət qədər konstruktiv işçi əlaqə qurulub. 

 

Qeyd edək ki, bundan əvvəl Vladimir Zelenski Kremldən Putinlə İsrailə təcili görüş istəyib. 

Anar: `Yenidən namizədliyimi irəli sürməyi düşünürəm`

"Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrliyinə yenidən namizədliyimi irəli sürməyi düşünürəm".

 

Bunu jurnalistlərə açıqlamasında AYB sədri Anar Rzayev deyib.

 

"Bu il Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcək. Amma qurultayın tarixi haqqında hələlik dəqiq məlumat yoxdur. Hesab edirəm ki, bu il ərzində qurultay baş tutacaq və qurultayda sədr vəzifəsinə öz namizədliyimi irəli sürəcəyəm", - o qeyd edib.

Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?

Nazirlik diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərqi açıqlayıb

Təhsil Nazirliyi müəllimlərin diaqnostik qiyməntləndirilməsi ilə sertifikatlaşdırılması arasındakı fərqi açıqlayıb.

Nazirlikdən bildirilib ki, diaqnostik qiymətləndirmə  ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi daşıyır.