01 August 2020

AŞPA məruzəçiləri Azərbaycanda son kütləvi həbsləri pisləyib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycanda kütləvi həbslərlə bağlı birgə bəyanat yayıb. Avropa Şurasının rəsmi saytında yerləşdirilən bəyanatda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, İslandiyadan olan deputat Sunna Evarsdottir, Azərbaycandakı ümumi durum üzrə həmməruzəçilər Ştefan Şennak (Avstriya) və Rocer Geyl (Böyük Britaniya) Azərbaycanda son yarım ayda həyata keçirilən kütləvi həbslərə münasibət bildirib.

Vəkil: Həkim Mehdi İbrahimovun COVİD 19-a yoluxmadığını deyir

Virus yayma ittihamı ilə həbsdə saxlanılan gəncin test nəticələri neqativ çıxıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov koronavirus yayma ittihamıyla həbs olunsa da, onda ümumiyyətlə, COVİD-19 infeksiyasının aşkarlanmadığı bildirilir. M.İbrahimovun vəkili Aqil Layıcın Meydan TV-yə veridiyi məlumata görə, bu barədə ona iyulun 31-də Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsindəki həkim deyib.

"Mart-avqust aylarında 20 min manat almışam" - Erkin Qədirli

Qurban bayramı münasibəti ilə deputatlara 549 manat bayrampulu verilməsi sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub. Əksər statuslarda işsizlərə iyul ayında verilməyən 190 manat birdəfəlik yardımla yüksək əməkhaqqı alan deputatlara bayram xərcliyi verilməsi müqayisə edilib.

Deputat Erkin Qədirli isə tənqdilərə cavab olaraq deputat olduğu fevral-iyul aylarının maliyyə hesabatını açıqlayıb.

Rakurs.tv deputatın qeydlərini oxuculara təqdim edir:

Bakıda sərnişin avtobusdan yıxılıb

Bakının Nizami rayonunda sürücünün səhvi ucbatından sərnişin xəsarət alıb.

Hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verib.

184 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun qəfil hərəkəti zamanı sərnişin - 1962-ci il təvəllüdlü Quliyev Dilqəm Yusif oğlu açıq qapıdan yerə yıxılıb. O, sınıq xəsarətləri alıb.

Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.