02 October 2020

“Fransanı ATƏT-in Minsk qrupunun həmsədri kimi tanımadığımızı bəyan edirik!”

Dağlıq Qarabağın Azərbaycanlı İcması bəyanat yayıb.

Operativ.tv xəbər verir ki, qurumun rəsmi feysbuk səhifəsində Fransanı ATƏT-in Minsk qrupunun həmsədri kimi tanımadıqları qeyd olunub:

“Fransanı artıq ATƏT-in Minsk qrupunun həmsədri kimi tanımadığımızı bəyan edirik!”

Madagiz ətrafındakı hakim yüksəklikləri azad edilib

Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib.

Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.

Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.

Mülki əhali arasında ölən və yaralananlar var

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

Operativ.tv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Mülki əhali arasında ölən və yaralananlar var.

Navalnı: Putinə geri dönməmək hədiyyəsini vermərəm

Müxalifətçi zəhərlənməsinin arxasında Putinin durduğunu deyib

Kremlin tənqidçisi Aleksey Navalnı Almaniya jurnalına verdiyi açıqlamada zəhərlənməsinin arxasında Rusiya Prezidenti Vladimir Putinin dayandığını deyib.

“Reuters” xəbər verir ki, o, Putindən qorxmadığını və tezliklə kampaniyasını davam etdirmək üçün Rusiyaya dönəcəyini qeyd edib.

Tramp səlahiyyətlərini vitse-prezidentə verməkdən imtina etdi

Koronavirusa yoluxduğu açıqlanan ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Mayk Pensə verməkdən imtina edib.

Operativ.tv xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Prezidentin şəxsi həkimi Şon Konli dövlət başçısının özünü yaxşı hiss etdiyini və vəzifəsinə fasilə vermədən davam edəcəyini bildirib.