06 October 2020

Silahlı Qüvvələrə yardım etmək istəyənlərin nəzərinə!

Müdafiə Nazirliyi Silahlı Qüvvələrə yardım edənlərə müraciət edib.

Operativ.tv-yədaxil olan məlumatda qeyd olunur ki, sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etmək xahiş olunur.

“Ermənistan işğal etdiyi əraziləri qaytarmalıdır” - Ayətullah Xameneinin müşaviri

“Azərbaycanın bir milyondan çox qaçqın və köçkünü evlərinə qayıtmalıdır”.

Operativ.tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “YJC” agentliyinə müsahibəsində deyib.

Milli Məclis Suqovuşanın tarixi adının bərpa edilməsini təsdiqlədi

"Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Operativ.tv xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.  

Bişkekdə etirazçılar meriya binasını ələ keçirdilər, yaralıların sayı artıb

Qırğızıstanda baş verən qarşıdurmalar nəticəsində xəsarət alanların sayı 590 nəfərə çatıb.

Operativ.tv-nin TASS-a istinadən məlumatına görə, bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb. 

"Onlardan 150-i xəstəxanalara yerləşdirilib", - deyə xəbərdə bildirilir. Qarışıqlıqlar zamanı həmçinin 1 nəfər öldürülüb.