07 October 2020

MN: Azərbaycanın Qarabağdakı əməliyyatı ölkə sərhədlərindən kənara çıxmır

“Azərbaycan Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində fəaliyyət göstərir, ancaq Ermənistan ərazisindən bizim ərazilər atəşə tutulur”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov TASS-a müsahibəsində deyib.

Peskov: “RF KTMT çərçivəsində Ermənistan qarşısında öhdəlik daşıyır, Qarabağ qarşısında yox”

Rusiya kollektiv təhlükəsizlik haqda müqavilə üzrə öhdəliklərini yerinə yetirərək Ermənistanın müdafiəsinə qalxa bilər, lakin bu öhdəliklər Dağlıq Qarabağa şamil edilmir. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə günü jurnalistlərə bildirib.

İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi azad edilib

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Həsən Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

BMT üzvü olan KTMT dövlətləri Ermənistanı dəstəkləyə bilməzlər

Son zamanlar cəbhə xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərinin (Naftalan, Şəmkir, Gəncə, Tərtər, Mingəçevir, Abşeron, Ağcabədi, Bərdə və s.) Ermənistan ərazisindən bombalanması halları planetin hər bir sakinini narahat etməyə bilməz.

İnformasiya kanallarının məlumat verdiyi kimi, Ermənistanın məqsədi onun ərazisində yerləşən atəş nöqtələrinə cavab atəşinə səbəb olmaqla döyüş əməliyyatları zonasını genişləndirmək və bununla da KTMT-yə üzv ölkələri onun tərəfində münaqişəyə müdaxiləyə dəvət etməkdir.

Keçmiş icra başçısının həbsdə saxlanma müddəti daha 3 ay uzadıldı

Sabiq məmurların vəkilləri istintaqın yekunlaşmamasına etiraz ediblər

Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədov oktyabrın 6-da məhkəmə qarşısına çıxarılıb. Səbail Rayon Məhkəməsində onun barəsindəki həbs-qətimkan tədbirinin müddətinin yenidən uzadılması üçün verilən təqdimata baxılıb.

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Operativ.tv xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir: