10 October 2020

D18 hərəkatının həbsdə olan üzvü aclıq aksiyasına başladı

Həbsdə olan D18 Hərəkatının üzvü "Korrupsiyaya yox de" səhifəsinin əməkdaşı Cəlil Zabidov Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb.

 

Bu barədə D18 Hərəkatının Başqan əvəzi Samirə Ağayeva məlumat verib.

 

Samirə Ağayeva açıqlamasında bildirib ki, may ayında 5 ay müddətinə azadlıqdan məhrum olunan Cəlil Zabidov haqqında artıq ikinci cinayət işinə baxılır və 12 oktyabrda Yardımlı rayon məhkəməsinin hökmü gözlənilir.

 

ANAMA vətəndaşlara müraciət etdi

"Uşaqlardan xahiş edirik ki, hər hansı mərmi görsələr, mütləq valideynlərinə müraciət etsinlər, tanımadıqları obyektə toxunmasınlar. Həmçinin sakinlər də tanımadıqları obyekti gördükdə lazımi qurumlara məlumat versinlər".

Bu fikirləri Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməliyyatlar üzrə meneceri Elnur Qasımov deyib.

Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs elan olunur

Xarici işlər nazirlərinin 10 saatdan artıq davam edən görüşünün nəticəsi açıqlanıb

Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü oktyabrın 10-da gecəyarısı başa çatıb. 10 saatdan artıq davam edən görüşün yekunu ilə bağlı bəyanatı Rusiyanın Xarici işlər naziri Sergey Lavrov açıqlayıb.

Razılığa əsasən: