16 October 2020

Oktyabrın 19-dan karantin rejimində bu məhdudiyyətlər olacaq - Rəsmi açıqlama

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.  

Operativ.tv-yə daxil olan məlumatda bildirilir ki, son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

İşğaldan azad edilən Düdükçü kəndinin - Fotosu

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri də işğaldan azad edilib. Sosial şəbəkələrdə azad edilmiş Düdükçü kəndindən fotoşəkillər yayılıb. Fotolarda kəndin əsrarəngiz təbiəti əks olunub.

İlk növbədə qeyd edək ki, Düdükçü kəndinin adı bu ərazilərdə türk soylu Düdükçü nəslinə aid ailələr məskən saldığına görə adlanır. Keçmiş adı Kolatağ olub.