17 October 2020

MBH Ermənistanın Gəncədəki terroru ilə bağlı bəyanat yaydı

İşğalçı Ermənistan qüvvələrinin cəbhə bögəsindən kənarda yerləşən Azərbaycanın Gəncə şəhərini raketlərdən atəşə tutaraq törətdiyi terror nəticəsində dinc əhali arasında baş vermiş ölüm, yaralanma halları və mülki obyektlərin dağıntılara məruz qalmasına görə Müsəlman Birliyi Hərəkatı etiraz bəyanat yayıb.

 

MBH Mətbuat Xidmətinin yaydığı bəyanatda deyilir:

 

Siyasi məhbus cəbhədə döyüşmək üçün müraciət etdi

Siyasi məhbus Məhəmmədəli Axundzadə cəbhədə gedən döyüşlərdə iştirak etmək üçün rəsmi qurumlara müraciət edib.

2015-ci ilin dekabr ayının 22-də saxlanılan Məhəmmədəli Axunzadə əvvəlcə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, daha sonra isə Kürdəxanıda yerləşən 1 saylı İstintaq Təcridxanasına aparıldığını və hər iki qurumda Qarabağla bağlı fikirlər səsləndirdiyini diqqətə çatdırıb.

Məhəmmədəli Axunzadə vurğulayıb ki, Sərhəd Qoşunları sıralarında xidmət etsə də bu gün Milli Ordu sıralarına qoşulmağa tam olaraq hazırdır.

Hər şey bir anda oldu, ev uçdu, heçnə görünmürdü, hər yer qıpqırmızı idi - Yaralanmış Gəncə sakini

Ermənistanın növbəti terrorçu hücumu nəticəsində Gəncədə 40-dan çox şəxs yaralanıb.

Yaralıların bəziləri Gəncə Təcili Tibbi Yardım stansiyasına gətirilib

Yaralanmış Gəncə sakini Ələddin Bayramov bildirib ki, gecə saat bir idi, yatdığımız yerdə atəş etdilər, gurultu qopdu: "Baş hissəsindən xəsarət aldım, daha sonra isə xəstəxanaya gətirildim. İndi özümü normal hiss edirəm."

“Rusiya razılıq olmadan regiona qüvvə yerləşdirə bilməz” – Lavrovun təklifinə etirazlar

Oktyabrın 14-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov yerli radiostansiyalara müsahibəsində yenidən Qarabağ münaqişəsi ilə bağlı sülhməramlılar mövzusuna toxunub.

"İndi heç sülhməramlı deyil, hərbi müşahidəçilər belə yetərlidir. Biz bunu tamamilə düzgün sayırıq. Hətta bizim hərbi müşahidəçilər olsa belə, son sözü tərəflər - Ermənistan və Azərbaycan deməlidirlər", – Lavrov vurğulayıb.

Türkiyə XİN başçısından Gəncədəki terrorla bağlı açıqlama - "Bədəlini ödəyəcəklər!”

“Bu vəhşiliyə səssiz qalmaq bu cinayətlərə ortaq olmaq deməkdir”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ermənilərin Gəncəyə raket atması barədə danışarkən söyləyib.

“Ermənistan hərbi cinayət törətməyə, dinc əhalini qətl etməyə davam edir. Uşaq demədən günahsız insanları öldürür. İnsanlıqdan nəsibini almayanlar törətdiyi cinayətin bədəlini ödəyəcək”, - nazir vurğulayıb.

Sabah 15 yaşı olacaqdı, dağıntılar altında qaldı...

“Ermənistanın Gəncəyə etdiyi SCUD raket hücumu nəticəsində dağıntılar arasında yeniyetmə Nigar Əsgərovaya aid şəxsiyyət vəsiqəsi tapılıb”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Sabah - 18 oktyabrda onun ad günüdür”, - o əlavə edib.