05 November 2020

Sərhədsiz Reportyorlar Azərbaycanı jurnalistin apellyasiya şikayətinə qərəzsiz baxılmasına çağırıb

Sərhədsiz Reportyorlar beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini birinci instansiya məhkəməsi tərəfindən 7 il müddətinə azadlıqdan məhrum edilən Əfqan Sadıqovun apellyasiya şikayətinə şəffaf və qərəzsiz baxılmasına çağırıb.

“Azel.tv” saytının təsisçisi hədə-qorxu yolu ilə pul tələb etməkdə günahkar bilinib. O, məmurların korrupsiya və cinayətləri iddia olunan materiallar dərc etməsi ilə tanınır.

ATƏT: Seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı narahatlığımız var

ATƏT müşahidəçiləri ABŞ-dakı prezident seçkilərinin rəqabətli oldğunu, yaxşı təşkil olunduğunu, lakin gərgin və namizədlər arasındakı “düşmənçilik” ritorikası ilə müşayiət olunduğunu söyləyiblər.

Bu barədə ATƏT missiyasının noyabrın 3-də keçirilmiş seçkilərin müşahidəsinin yekunununda yaydığı bəyanatda deyilir.