06 November 2020

“Sərsəng”də bu gecə terror törətmək istəyən PKK-çılar məhv edildi

Ermənistan silahlı qüvvələri tərkibində döyüşən PKK terrorçularının növbəti qrupu məhv edilib.

Gecə ərzində düşmənin Kəlbəcər istiqamətində yerləşdirdiyi PKK terrorçuları müxtəlif istiqamətlərdə irəliləməyə çalışaraq terror-təxribat aktları törətməyə cəhd ediblər.

Daxil olmuş əməliyyat məlumatları əsasında, onların "Sərsəng" SES istiqamətində terror aktı törətmək niyyətlərinin olduğu aşkarlanıb.

Tramp seçkinin nəticəsinin məhkəmədə bitəcəyinə inanır

Donald Tramp Ağ Evdəki çıxışı zamanı ABŞ-da 3 noyabrda keçirilmiş prezident seçkilərinin nəticəsinin Ali Məhkəmədə həll oluna biləcəyini deyib (TASS, 6 noyabr).

Tramp bildirib ki, Respublikaçılar Partiyası qələbəsini çox asanlıqla təsdiqləyəcək: "Biz məhkəməyə çox sayda müraciət olacağını düşünürük, çünki əlimizdə xeyli dəlil və sübut var. Ola bilsin, iş Ali Məhkəmədə öz həllini tapsın".

Dövlət qurumu Xədicənin görüntüləri ilə bağlı işə başladı

Oktyabrın 17-də Ermənistanın Gəncə şəhərini bombalaması nəticəsində atasını, anasını və yaş yarımlıq bacısını itirən 3 yaşlı Xədicə Şahnəzərova ilə bağlı dünəndən sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə Xədicənin dayanmadan ağlaması və böyüklərin bir-biri ilə uşağa görə mübahisə etdiyi yer alıb. Məlum olub ki, hadisədən bir neçə həftə keçməsinə baxmayaraq, hələ də, körpənin kimin himayəsində qalması ilə bağlı məsələ həll olunmayıb. Elə videoda da onun kimlə getməsi ilə bağlı ana və ata tərəfdən olan yaxınları razılığa gələ bilmir.