10 November 2020

İstanbulun Maltəpə bələdiyyəsi Azərbaycan ordusuna yardım göndərib

Turan informasiya agentliyinə İstanbulun Maltəpə rayon bələdiyyəsindən daxil olan məlumata görə, bələdiyyyə sədri Ali Kılıçın təşəbbüsü ilə Azərbaycan ordusuna yardım ləvazimatı göndərilib.

Toplanan yardım Azərbaycanın bu sahədəki məsul nümayəndəsinə təhvil verilib.Yardımları Azərbaycana gətirəcək yük maşını konvoyu noyabrın 10-da yola düşüb.

Xüsusi nümayəndə: "İƏT Azərbaycanın haqlı mövqeyini dəstəkləyir"

“İƏT olaraq biz daima Dağlıq Qarabağ münaqişəsinin müharibədənsə, sülh yolu ilə həll olunmasının tərəfdarı olmuşuq. Biz istəyirik ki, bu münaqişə qızışmasın”.

Bunu İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif ibn Əhməd Əl-Useyminin xüsusi nümayəndəsi Məğrub Səlim Bat Bakıda keçirilən "Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, İslamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.