11 November 2020

“Qazaxın işğaldakı kəndləri bu tarixə qədər Azərbaycana qaytarılacaq”

“Razılaşmaya əsasən, bu günədək azad edilməyən torpaqlar, Qarabağın geri qalanı Azərbaycana qaytarılacaq”.

Operativ.tv xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında bildirib.

“Anlaşmaya əsasən, Ermənistan Kəlbəcəri 15 noyabra, Ağdam və Qazaxın işğal altındakı hissələrini 20 noyabra, Laçını isə 1 dekabra qədər boşaldacaq. Bütün bu ərazilər Azərbaycana qaytarılacaq”, - deyə Ərdoğan vurğulayıb.

ABŞ BƏƏ-yə 10 milyard dollarlıq satış reallaşdırdı

ABŞ Birləşmiş Ərəb Əmirliklərinə yenidən hərbi əməkdaşlıq üçün satış reallaşdıracaq. 

 

Bu barədə ABŞ Müdafiə Nazirliyi (red- Pentaqon) məlumat yayıb.

 

Məlumatda vurğulanır ki, 50 ədəd "F-35" döyüş təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinə təhvil veriləcək.

 

Satışın dəyərinin 10 milyard dollardan çox olduğu da ekspertlər tərəfindən qeyd olunur.