13 November 2020

28 ildən sonra Şuşada cümə namazı qılındı - Video

Azərbaycanlılar 28 ildən sonra ilk dəfə Şuşada, Gövhər ağa məscidində cümə namazı qılıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb.

Namaz vəhdət şəklində, yəni sünni və şiələrlə birlikdə qılınıb.

Qeyd edək ki, Azərbaycan Ordusu 28 ildən sonra, bu il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edib.

Görüntüləri təqdim edirik:

Temperatur 5-7 dərəcə enəcək - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq edib. 

Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Vəkil Aqil Layıc cəzalandırıla bilər

Jurnalist Vüsal Məmmədov vəkillə bağlı şikayət edib

İctimai-siyasi fəalların hüquqlarını müdafiə edən daha bir vəkil cəzalandırıla bilər. “Azvision.az” saytının rəhbəri Vüsal Məmmədov vəkil Aqil Layıcın cəzalandırılması üçün Vəkillər Kollegiyasına müraciət edib. Bu barədə Meydan TV-yə V.Məmmədova yaxın mənbə məlumat verib. O iddia edir ki, A.Layıc “Facebook” hesabında onu təhqir edib.

Vəkillər Kollegiyasındakı mənbə də Meydan TV-yə məlumatı təsdiqləyib.

Azərbaycanın Müdafiə naziri sülhməramlıların komandanı ilə görüşüb

“Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib”

Noyabrın 12-də Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Dağlıq Qarabağ bölgəsində yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovla görüşüb.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyiyayıb.

“Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib”, - məlumatda deyilir.