17 November 2020

S&P: Liviya nefti “Azeri Light”ın Avropa bazarında əsas rəqibi ola bilər

Liviyada xam neft hasilatının artması dünya bazarında neftə olan tələbatın yüksəlməsi səbəbindən bazarda o qədər də təşviş yaratmayacaq.

Operativ.tv-nin “S&P Global”a istinadən verdiyi xəbərə görə, bunu treyderlər bildirib.

Treyderlərin fikrincə, Liviya gündəlik nefti hasilatının gözləniləndən 1 milyon bareldən daha çox artması bazarın strukturuna az təsir edib:

Ermənistanın hakim partiyasının deputatı döyüşlər zamanı kef məclisi qurub

Qarabağda döyüşlər gedən zaman Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyasının deputatı Hayk Sarqsyanın Yerevanda gecə klublarında yarıçılpaq qadınla kef çəkdiyinə dair foto və informasiya yayılıb.

Məlumatı “Mediaport” teleqram kanalı yayıb.

Bildirilib ki, Hayk Sarqsyan dostu ilə birlikdə mitinq iştirakçılarından birinin qətlində şübhəli bilinir.

Kreml: "Azərbaycana hərbçi göndərmək Türkiyənin daxili məsələsidir"

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Türkiyənin Azərbaycana hərbi kontingent göndərmək planını şərh edib.

 

Jurnalistlərə açıqlama verən Peskov deyib ki, Türkiyə parlamentinin prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı əsasında Azərbaycana hərbi kontingent göndərmək məsələsinə baxması daxili məsələdir ("RİA Novosti", 16 noyabr).

 

Fəzail Ağamalı: "Sülhməramlıların müdaxilə etmək səlahiyyəti yoxdur"

Noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmaya əsasən, ermənilər dekabrın 1-nə qədər Kəlbəcəri, Ağdamı və Laçını tərk etməlidir. 

 

Ermənilərin Kəlbəcəri tərk etməzdən öncə törətdikləri ekoloji terror son günlər istər beynəlxalq, istərsə də dünya mediasının gündəmindən düşmür. 

 

Onların gedərkən evləri və meşələri yandırdıqları, tarixi abidələri özləri ilə apardıqlarının görüntüləri yayılıb.