04 January 2021

Şurnuxuda 12 evin olduğu ərazi Azərbaycana qaytarıldı

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnuxu kəndində 12 evin olduğu ərazi Azərbaycana təhvil verilib.

Bu barədə Gorus icmasının rəhbərinin müavini Menua Ovsepyan "Sputnik Ermənistan"a açıqlamasında bildirib.

Sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində bu evlər, bitişik torpaq sahələri ilə birlikdə Azərbaycana təhvil verilib. 

Mirvari Qəhrəmanlı: İki dövlət qurumunun məsuliyyətsizliyinin cəzasını neftçilər çəkir

“43 gün əvvəl evdən çıxan neftçilərin ərzağı da bitmək üzrədir”

“Dənizdə işləyən neftçilər problemlə qarşılaşırlar, lakin SOCAR problemi yaradanları cəzalandırılmır. Neftçilər taleyin ümidinə buraxılıb”.

Neftçilərin Hüquqlarını MüdafiəTəşkilatının sədri Mirvari Qəhrəmanlı belə deyir.

Əlilliyi olan şəxs: Həkimə hörmət etmədim deyə sənədə sağaldığımı yazdı

Tovuz sakini həkim rəyindən narazıdır

Tovuzun Çatax kəndinin sakini Faiq Səftərovun şikayəti var. Deyir, 9 ildir ki, ikinci qrup əlildir və buna görə təqaüd alır. Bu il əlilliyinə görə təkrar müayinədən keçməli imiş. Buna görə Tovuz Rayon Mərkəzi Xəstəxanasına gedib. Deyir, problem yenə olduğu kimidir. Ayağı inkişafdan qalıb, arıqlayıb, əvvəlki illərə baxanda daha da zəifləyib. Ancaq sənədlərinə sağaldığını yazıblar.

Daha bir ölkədə də koronavirusun mutasiya olunmuş növü tapılıb

İlk dəfə Böyük Britaniyada aşkarlanan koronavirusun mutasiya olunmuş növü bu dəfə Yunanıstanda ortaya çıxıb.

 

Bu barədə Yunanıstanın "Antenna" telekanalı xəbər verib. 

 

Kanalın məlumatına görə, koronavirusun mutasiya olunmuş növü Afina Akademiyasının Tibbi Texnoloji Tədqiqatlar İnstitutuna təqdim olunan testlərdə aşkarlanıb. Ştammın dörd nümunədə müəyyən olunduğunu açıqlayan kanal qeyd edib ki, bu yaxınlarda ölkədə tətbiq olunan geniş miqyaslı sərt karantin tədbirlərinin məhz sözügedən növün aşkarlanması ilə əlaqəlidir. 

 

Qaz xəttinə qanunsuz müdaxilə 80 evi qazsız qoydu - Foto

Dünən axşam saatlarında Masallı rayonunun 1-ci Yeddioymaq kəndində qaz xəttinə qanunsuz müdaxilə faktı aşkarlanıb.

 

"Azəriqaz"dan Operativ.tv-yə bildirilib ki, qanunsuz müdaxilə nəticəsində 80 ev qazsız qalıb. Belə ki, qazın bağlanması və təmir işinin görülməsi barədə daxil olmuş məlumat əsasında əraziyə 104 qəza xidmətinin işçiləri baş çəkiblər. Onlar kənd sakinlərinin qaz xəttini özbaşına bağlayaraq xəttin yerini dəyişdiklərinin şahidi olublar. Bu qanunsuz hərəkət 80 abonentin qazsız qalmasına gətirib çıxarıb.

 

Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi gücləndirilir

Qarabağda atəşkəs rejiminə nəzarət və monitorinq etmək tapşırığını yerinə yetirən Rusiya sülhməramlılarının müşahidə postları istehkam blokpostları ilə təchiz edilir. 

 

Bu barədə yanvarın 4-də Rusiya Federasiyasının Müdafiə Nazirliyindən məlumat verilib.

 

Verilən xəbərə görə, blokpostlar atıcı silahlardan və qəlpələrdən müdafiə, həmçinin ərazinin dairəvi müşahidəsinin aparılması üçün nəzərdə tutulub.