13 February 2021

Gənclikdəki tunel neçəyə başa gəlib?

“İtalian Design Holding”in direktoru Franko Rizzatonun Bakının Gənclik metrostansiyası yaxınlığında 2013-cü ildə tikilən tunelə yarım milyard dollardan çox pul, yəni 512 milyon dollar xərclənməsini açıqlayandan sonra Azərbaycan ictimaiyyətində bununla bağlı müzakirələr başlanılıb və müxtəlif şəxslər bu qədər pulun xərclənməsini tənqid edərək sifarişçiyə suallar ünvanlayıblar.

Tunelin tikintisi üçün sifarişçi Nəqliyyat Nazirliyi, icraçı isə “Akkord” şirkətlər qrupu olub.