15 February 2021

Peru XİN başçısı növbədənkənar peyvənd olunduğu üçün istefa verib

Peru xarici işlər naziri Elizabet Astet Rodriges növbədənkənar koronavirus peyvəndi vurdurduqdan sonra istefa verib.

Bu barədə TASS Peru Prezidenti Fransisko Saqastinin tvitterdəki postuna istinadən məlumat verib.

“Bu gün axşam xarici işlər naziri Elizabet Astetdən istefa məktubu aldım və istefanı qəbul etdim”, - Peru prezidenti yazıb.

G7 pandemiyaya qarşı tədbirləri müzakirə edəcək

Fevralın 19-da G7 dövlətlərinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) liderlərinin Böyük Britaniyanın sədrliyi ilə virtual görüşü keçiriləcək.

Almaniya hökumətinin sözçüsü Steffen Siebert brifinq zamanı bildirib ki, kansler Angela Merkelin iştirak edəcəyi tədbirdə müzakirə mövzusu G7 müştərək dəyərlərinə söykənən çoxşaxəli əməkdaşlıq, pandemiyaya qarşı mübarizə, iqtisadiyyatın dirçəlməsi olacaq.

Rəşid Behbudovun kürəkəni “Space” TV-nin direktoru oldu

Bundan əvvəl də Kamil Şahverdiyev bu vəzifəni müvəqqəti icra edirdi

“Space” TV-nin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev artıq işini rəsmiləşdirib. O, telekanalın icraçı direktoru təyin olunub. “Space” TV-dən xəbəri təsdiqləyiblər.

Kamil Şahverdiyev mərhum Xalq artisti Rəşid Behbudovun kürəkəni, müğənni Rəşidə Rəşidlə evlidir. O, həmçinin Rəşid Behbudov Fondunun direktorudur.