Avropa İnsan Hüquqları Məhkəməsi Ümid Partiyasının sədri İqbal Ağazadənin 2015-ci ilin parlament seçkisindən şikayətini araşdırmağa başlayıb. Xəbəri hüquqşünas Xalid Ağalıyev yayıb.
Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınan şəxslərin məhkəməsi başlayır. Səbail Rayon Məhkəməsinin icraatında olan prosesin ilk iclası fevralın 23-nə, Bakı Apellyasiya Məhkəməsinin binasına təyin edilib.
2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.