22 February 2021

Bu sahədə də kəskin bahalaşma baş verib... - 350 manatdan 800 manata... + VİDEO

Pandemiya səbəbindən dünyada bütün istiqamətlər üzrə uçuşların biletləri bahalaşıb. "Xəzər" televiziyasının məlumatına görə, son bir il ərzində demək olar ki, bütün aviaşirkətlər biletlərin qiymətlərini qaldırıblar. Hazırda ötən illə müqayisədə 50 -70 faiz bahalaşma var.

 

Bölgələr üzrə orta maaş

2021-ci il yanvarın 1-nə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 707,3 manat olub. Operativ.tv Dövlət Statistika Komitəsinin saytında bölgələr üzrə göstəricilərə də nəzər salıb.

Ən yüksək orta maaş paytaxt Bakıda qeydə alınıb: 927,2 manat.

Gədəbəy rayonu 651,7 manatla ikincidir.

Statistika Sumqayıt şəhəri və Daşkəsən rayonunda orta maaşı 625 manat göstərir.