08 October 2021

Məmuru öldürən polkovnik-leytenantın oğlu imiş

Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ziyad Əhmədovu qətlə yetirən baş mühasibin sabiq vəzifəli şəxsin oğlu olduğu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, direktoru iş otağında bıçaqlayaraq öldürən Mirhadi Bağırovun atası Mirtağı Bağırov Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini olub. O, hazırda təqaüddə olan polis polkovnik-leytenantıdır.

Qeyd edək ki, sözügedən qətllə bağlı cinayət işi başlanıb. Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Vətəndaşların nəzərinə: “Hərbi təlimlərin keçirildiyi barədə saxta məktublar göndərilir”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti elektron poçt üzərindən həyata keçirilən daha bir “fişinq” kampaniyasını qeydə alıb.

Nazirlikdən verilən məlumata görə, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə müxtəlif hərbi təlimlərin keçirildiyi bildirilir.

Şəhadət Heydərov: "Övlad valideynin namaz, ibadət, Allahla münasibətlərini müşahidə edərək böyüməlidir"

Bakı şəhəri "İmam Ümmət" məscidinin imamcüməsi, ilahiyyatçı Hacı Seyid Şəhadət Heydərov bu həftə növbəti cümə namazını qılıb. Çıxışını İslam Peyğımbəri (s), İmam Həsən (ə) və İmam Rzanın (ə) şəhadət günləri ilə əlaqədar təsliyyətlə başlayan ilahiyyatçı eyni zamanda Qarabağ şəhidlərinin il dönümü ilə əlaqədar Azərbaycan xalqına baş sağlığı da verib. Şəhadət günləri yaşanan məsumların (ə) əxlaqi xüsusiyyətlərindən nümunə göstərən ilahiyyatçı, Əhli-beytin (ə) həyatında insanlığın xilası üçün əhəmiyyətli nöqtələrin olduğuna diqqət çəkib. 

Əfqanıstanda şiələrin məscidində dəhşətli terror, onlarla ölən var

Əfqanıstanın şimalında Künduz əyalətində şiələrə məxsus məsciddə dəhşətli partlayış törədilib.

Bu barədə Amajnews agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, cümə namazı vaxtı törədilən dəhşətli partlayış nəticəsində onlarla insan həyatını itirib, çoxlu sayda yaralananlar var.

Məlumatda qeyd edilir ki, əyaləti nəzarətdə saxlayan Taliban hərəkatı hələlik bu barədə heç bir məlumat verməyib.

DİN dələduzluqla bank kartı məlumatlarının əldə edilməsi ilə bağlı vətəndaşlara müraciət edib

“Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən vətəndaşlara virtual nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinir. Bununla bağlı vətəndaşlar tərəfindən Daxili İşlər Nazirliyinə də müraciətlər edilir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə binasının qarşısında saxlanılıblar

Oktyabrın 8-də səhər Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında polis Xalq Cəbhəsi Partiyasının bir neçə üzvünü səbəbsiz yerə saxlayıb. Turan-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, partiyanın altı üzvü, arasında qadınlar da var, zorla avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

BMT İran və Səudiyyə Ərəbistanına çağırış edib

İran və Səudiyyə Ərəbistanı arasındakı danışıqlar regional sabitlik üçün vacibdir və BMT bu dialoqun davam etdirilməsinə kömək etməyə hazırdır.

TASS xəbər verir ki, bunu brifinq zamanı BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

S.Cüjarrik bildirib: "Səudiyyə Ərəbistanı ilə İran arasındakı danışıqlar son dərəcə əhəmiyyətlidir. Açığı, bu, bölgədə sabitlik üçün son dərəcə vacibdir. Bu əlaqələri çox xoş qarşılayırıq.

ABŞ kürd birləşmələrinə dəstək məqsədilə Suriyanın şimalına 56 maşından ibarət hərbi təchizat göndərib

ABŞ İraqın şimalından Suriyanın şimalına 56 maşından ibarət daha bir karvan göndərib.

SalamNews Suriya mətbuatına istinadla xəbər verir ki, ABŞ Ordusu yenicə Suriyanın şimal-şərqində yerləşən Həsəka əyalətinə 56 yük maşınından ibarət daha bir karvan göndərib.

Bu karvan çoxsaylı zirehli maşınları, hərbi logistik dəstək yüklərini və digər təchizatı daşıyır.

Azərbaycan İsraildən Heaths-3 (Ok-3) sistemi almağı düşünür

Əl-Mayadin xəbər saytı (cümə axşamı) İsrailə istinadən yazır ki, saziş olarsa, IAIHarop intihar təyyarələri və LORA raketləri kimi avadanlıqları özündə birləşdirən Heaths-3 sistemi Bakının Təl-Əvivdən aldığı müxtəlif hərbi texnikaya əlavə olunacaq. 
"Dağlıq Qarabağ müharibəsindən sonra bu cür silahları almaq fikri Azərbaycan Respublikasının hərbi doktrinasının dəyişməsinə və ya başqa sözlə, vəziyyətin hücumdan müdafiəyə doğru dəyişməsinə səbəb ola bilər"-"Occupation" qəzeti yazıb.

ABŞ-ın sualtı atom qayığı naməlum obyektlə toqquşub

ABŞ-ın "Seawolf USS Connecticut" sualtı atom qayığı Hind-Sakit okeanı regionunun beynəlxalq sularında naməlum obyektlə toqquşub.

Trend-in məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Seawolf USS Connecticut" (SSN 22) sürətli hücum sualtı qayığı oktyabrın 2-si günün ikinci yarısında suyun altında olduğu zaman naməlum obyektlə toqquşub".

Qeyd edilir ki, sualtı qayıq təhlükəsiz və stabil vəziyyətdədir, toqquşma nəticəsində heyət üzvləri arasında xəsarət alan olmayıb.