11 October 2021

ABŞ Dövlət katibinin müavini Rusiyaya səfər edəcək

Giperssilka “İRNA”ya istinadən xəbər verir ki, ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland oktyabrın 11-dən 13-dək Moskvaya səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Məlumata görə, Viktoriya Nuland Moskvaya səfəri çərçivəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, raket və nüvə üzrə baş məsləhətçi, xarici işlər nazirinin müavini Andrey Rodenko və qərargah rəisinin müavini Dmitri Kozak ilə görüşəcək.

Bu il 4 296 nəfər cinayət məsuliyyətinə cəlb olunub - DİN

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan kompleks əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində 2021-ci il yanvarın 1-dən bu günə qədər 6647 cinayət faktı aşkarlanıb. Bu faktlar üzrə 4296 nəfər cinayət məsuliyyətinə cəlb olunaraq barələrində müxtəlif qətimkan tədbirləri seçilib.

İnanclı gənc baş idarəyə dəvət olunub (Yenilənib)

İnanclı gənc baş idarəyə dəvət olunub.
Operativ.tv-yə daxil olan məlumata görə inanclı Elgün Musayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə çağırılıb. Hal-hazırda gənc baş idarədədir. Yaxınları onun hansı səbəbə görə idarəyə dəvət olunduğunu bilmirlər. 
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Elgün Musayev Müsəlman Birliyi Hərəkatının üzvüdür. 

20:00

Məlumata görə bu dəqiqələrdə  Elgün Musayev Baş İdarədən çıxıb. Onunla proflaktik söhbətər aparıldığı bildirilir. 

 

Avropa Məhkəməsi Nardaran hadisələri zamanı həbs edilən şəxslərdən 8 nəfərinin şikayəti üzrə kommunikasiya başlayıb

Avropa Məhkəməsi Nardaran hadisələri zamanı həbs edilən şəxslərdən 8 nəfərinin şikayəti üzrə kommunikasiya başlayıb. Bu barədə məlumatı vəkil Fariz Namazlı öz facebook səhifəsində yazıb:

İŞİD liderinin müavini İraq kəşfiyyatı tərəfindən yaxalanıb

İraq kaşfiyyatı və ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları İŞİD terror təşkilatının lideri Əbu-Bəkr əl-Bağdadinin müavini Əbu-Asiyanı ələ keçirib.

Bu barədə RT Arabic məlumat yayıb.

Məlumatda bildiirlir ki, yeddi il ərzinddə axtarışda olan terrorçü xüsusi axtarış əməliyyatı nəticəsində ələ keçib. 

“Taliban”: İŞİD-in öhdəsindən özümüz gələ bilərik

Az.shafaqna.com “Associated Press”-ə istinadən xəbər verir ki, “Taliban” Əfqanıstandakı ekstremist qruplaşmalarının qarşısının alınması sahəsində ABŞ-la əməkdaşlığı istisna edib.

Bu barədə “Taliban” nümayəndəsi Süheyl Şahin bəyan edib.

(“Taliban”) İŞİD-in Əfqanıstandakı qolu ilə mübarizədə Vaşinqtonla əməkdaşlıq etməyəcək”, – deyə o qeyd edib.

Azad olunan ərazilərdə daha 30 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Az.shafaqna.com-a verilən məlumata görə, oktyabrın 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 28, tank əleyhinə 2 mina və 35 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 18.9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Hicablı qız ən məşhur fitnes-bloqerlərdən biridir

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, “TikTok”-da 200 mindən çox izləyicisi olan Əhləm Məhəmməd dünyanın ən məşhur fitnes-bloqerlərindən biridir.

Onu digərlərindən fərqləndirən cəhəti isə müsəlman libasında olması və üzünü niqabla örtməsidir.

Onun sözlərinə görə, məqsədi müsəlmanlar barədə olan yanlış təəssüratları aradan qaldırmaq və cəmiyyətdə müzakirə obyekti olmasına baxmayaraq, dini geyimi seçən müsəlman xanımlara dəstək verməkdir.

Sosial şəbəkələr insanların həyatına necə təsir edir? - AÇIQLAMA

Müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarmışdır. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq.

İmam Əli (ə) ziyarətgahının şimal minarəsinin hazır olmasına az qalıb

Az.shafaqna.com xəbər verir ki, Nəcəf şəhərində yerləşən İmam Əli (ə) ziyarətgahının şimal minarəsində təmir-bərpa işlərinin 90 faizi tamamlanıb.

Bunu yerli mediaya ziyarətgah-türbə kompleksinin idarə heyətinin üzvü Fateh Əl- Kərmani bildirib.

O qeyd edib ki, minarənin bərpası ziyarətgahın bərpaetmə fabrikində ağac, qiymətli metal və bəzək əşyalarından istifadə edilməklə həyat keçirilir.

Merkel İsraildə : İsti qarşılama və mübahisəli vida-VİDEO

Dostluq əlaməti olaraq isti qarşılanma. 
Angela Merkel Almaniya kansleri olaraq sonuncu dəfə İsrailə səfər edib. Bu barədə məlumatı Euronews-a istinadan Operativ.tv-yayıb.
İsrail Nazirlər Kabinetinin iclasında fəxri qonaq olan Merkel, Baş nazir Bennettin müşayiəti ilə Yad Vashem xatirə kompleksini ziyarət edib. Merkel vurğulayıb ki, yəhudi dövlətinin təhlükəsizliyi mövzusu "həmişə Almaniya hökumətinin gündəmində olub" və yeni kanslerin təyin edilməsi ilə bu yanaşma dəyişməyəcək.

Yəmən ordusu və xalq komitələri Məribdəki strateji bazanı ələ keçirdi

Giperssilka.ru MEHR-ə istinadən xəbər verir ki, Yəmən ordusu və xalq komitələri Mərib şəhərinin cənubundakı Əl-Xəşinə hərbi bazasını ələ keçirib.

Bu barədə yəmənli jurnalist Faris Əl-Hümeyri “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Əl-Xəşinə bazası Məribdəki ən böyük strateji hərbi bazalardan biridir.

Ayətullah Sistani və Seyid Əli Xamenei Əfqanıstanda məscidə hücumla bağlı çağırış ediblər

İraqın və İranın iki böyük müctəhidi Əfqanıstanın Künduz şəhərində məsciddə partlayışın törədilməsi ilə bağlı çağırış ediblər.

SalamNews İRNA-a istinadla xəbər verir ki, İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Künduz şəhərində məscidin partladılması və burada yüzlərlə inanclının ölümü və yaralanması ilə bağlı Əfqanıstan rəhbərliyinə çağırış edib.