14 October 2021

Hindistanda buddistlər müsəlmanlara məscid tikir

Hindistanda bir kənddə sinkxlər və hindular ölkədə artan dini qütbləşmənin qarşısını almaq üçün kənddə yaşayan 5 müsəlman ailə üçün məscid tikirlər.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidən təqribən 400 kilometr şimal-qərbdə yerləşən Pəncab şəhərinin Bhaloor kəndində ictimai birliyin irsini daha da irəli aparmaq üçün yerli sinkxlər və hindular burada nəsillər boyu yaşayan 5 müsəlman ailəyə məscid tikməyə qərar veriblər.

Niderland parlamenti Azərbaycana dair qətnamə qəbul edib

Turan:  Oktyabrın 14-də Niderland parlamentinin demək olar ki, yekdilliklə qəbul etdiyi qətnamədə deyilir ki, Azərbaycanda hakimiyyətin müxalifət və vətəndaşlara qarşı repressiyaları artıb.  Bu barədə Turan-a Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib.

Onun sözlərinə görə, müzakirələrin təşəbbüskarı Sülh və Demokratiya İnstitutudur. Qurum  Azərbaycanda insan hüquqlarının vəziyyəti, ölkədə 122 siyasi məhbusun olması, əsasən "Tərtər işi"nin fiqurantlarına qarşı işgəncələr barədə hesabatla parlamentə müraciət edib. 

Livan Ali Müdafiə Şurasının təcili iclası çağırılıb

Livan Ali Müdafiə Şurasının ölkədə baş verən iğtişaşlarla əlaqədər təcili iclası çağırılıb.

Giperssilka “Report”a istinadən xəbər verir ki, bu təşəbbüslə Prezident Mişel Aun və Baş nazir Nəcib Mikati çıxış ediblər.

Qeyd edək ki, oktyabrın 14-də Livanın paytaxtı Beyrutda etirazçılara atəş açılması nəticəsində 3 nəfər, bir neçə şəxs də yaralanıb.

Hərbi qulluqçumuz şəhid olub

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Abbas Hüseyn: "İstəyirəm hər kəs bunu yaxşı bilsin"

"Bundan 6 il öncə bizləri şərləyənlər, hakimiyyətə yaltaqlıq edənlər də bizə "İran agentləri" deyirdilər. Bu "Biz Əli şiəsiyik" dediyimə görə məni qınayanlar, təhqir edənlər amma həmin vaxt gözə dəymirdilər. Aylarla davam edən məhkəmə boyu bircə dəfə də olsa islamçı dini təşkilatlardan heç birini orda görmədik. Bütün məhkəmə prosesində monitorinq aparanlar, məhkəməmizə gələnlər okeanın o başından-Qərb dövlətlərinin səfirləri, Qərbin insan haqları təşkilatları idi. Buna görə də içimizdəki bir dəstə "dini dar" olan insanlar da bizləri Qərb islamçıları adlandırırdı.

Aleksey Navalnı Saxarov Mükafatına namizəddir

 

Aleksey Navalnı Saxarov Mükafatına namizədlərin son siyahısına daxil edilib. Bu barədə məlumatı  Euronews-a istinadən Operativ.tv-yayıb.

Onunla birlikdə 11 Əfqanıstan hüquq müdafiəçisi və Boliviyalı siyasətçi Jeanine Agnesdən ibarət qrup ilk üçlüyə daxil olub. Mükafata namizədlərin hər birinin neçə səs aldığı bildirilmir. Mükafatın seçiminə təsir etməmək üçün ilk üç finalçıya səs vermək həmişə gizli olur.

“İlham Əliyev, xalq səni sevmir” yazan inanclı fəal məhkəmə qarşısında

 

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Razi Hümbətov deyir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dözülməz işgəncələrə məruz qalıb. Elə o işgəncələr altında da özünə heç bir aidiyyəti olmayan narkotiklə bağlı etiraf ifadəsini imzalamağa məcbur olub. İnanclı fəal oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə danışıb.

Bu məhkəmədə onun işi üzrə araşdırmalar başlayıb. Hümbətov CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham olunur.

Baxış iki saat sonra "bandotdel"də keçirilib

Avropa İnsan Hüquqları Məhkəməsi Əsabəli Mustafayevin və onun təşkilatının şikayətini təmin edib

Oktyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanı 24 900 avro məbləğində cərimələyib. Bu qərar Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Əsabəli Mustafayev Azərbaycana qarşı işi ilə bağlıdır. Bu barədə Turan-a hüquqşünas Xalid Ağalıyev məlumat verib. 

İsrail yüzlərlə yəhudinin İrana sığınmasının qarşısını alıb - VİDEO

İsrail Qvatemalada yaşayan "Lev Tahor" dini cərəyanının üzvlərinin ailələrilə birgə İrana miqrasiyasının qarşısını alıb.

Bu barədə Times of İsrael məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən dini qrupun üzvləri 2018-ci ildə İrana sığınmaq məqsədilə rəsmi Tehrana müraciət ediblər.

Beyrutda Hizbullah tərəfdarlarının aksiyasına hücum nəticəsində ölən və yaralananların sayı 66-a çatıb (VİDEO)

 Bu gün Livan paytaxtında Beyrut partlayışının məhkəmə işi ilə bağlı Hizbullah hərəkatı və Əməl partiyasının aksiyası zamanı etirazçılara atəş açılıb. Altı nəfər ölüb və altımışdan çox insan yaralanıb.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Səhiyyə mənbələri məlumat veriblər.

Füzuli rayonu istiqamətində qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib

Oktyabrın 14-də Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilərək ələ keçirilib.

Səhih rəvayətlərdə İmam Mehdinin (ə) qeybət dövrü haqqında əvvəlcədən məlumat verilmişdirmi? (2-ci hissə)

 

2-ci hissə

Məsumlardan (ə) qeybət mövzusu ilə bağlı gələn rəvayətlər

Diqqət olunmalı digər məsələ də budur ki, İmam Mehdinin (ə) dünyaya gəlməsindən sonra qeybətə çəkilməsi barəsində olan rəvayətlər Peyğəmbərdən (s) tutmuş İmam Həsən Əskəriyədək (ə) hər birindən nəql olunmuşdur. Şiə alimləri o rəvayətləri öz kitablarında nəql ediblər.

Qütb Ravəndi (v. 573 h. q) bu barədə deyir:

Ərbəin xatirələri

Ərbəin xatirələri.

Bağışlayan və Mehriban Allahın adı ilə.

Bu ilin Ərbəin ziyarəti həmd olsun ki, bizlərə nəsib oldu. Əslində 2015-ci ilin Ərbəin ziyarətinə hazırlaşmışdıq. Amma Nardaran işiylə bağlı qanunsuz həbs olunmağımız ziyarətimizi əngəllədi. 6 ildən sonra Ərbəin ziyarəti nəsibimiz oldu. Allah arzusunda olanlara qismət etsin. Amin.

Yəməndə husilər bir sıra əraziləri nəzarətə götürüb

Yəməndə husilər Marib əyalətinin mərkəzinə yaxın bir sıra əraziləri nəzarətə götürüb.

Bu barədə əl-Məsirə agentliyi xəbər verir.

Məlumatda bildirilir ki, onlar əl-Cubə rayonunun 3 kəndini nəzarətə götürüb. Yəməndən qaçan prezident və Səudiyyə Ərəbistanına loyal qruplaşmalar husilərin El-Cubənin mərkəzinə nəzarətə götürməməsi üçün müdafiəyə keçib, tərəflər arasında şiddətli döyüşlər başlayıb.

İsrail Suriyanın Palmira şəhərini hədəfə alıb, ölən və yaralananlar var

İsrail ət-Tənif bölgəsi istiqamətindən Suriyanın səhrasında yerləşən Palmira şəhərini və burada yerləşən hərbi mövqeləri hədəfə alıb.

SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə Suriya Ordusu mənbələri məlumat veriblər.

Bildirilib ki, ötən gecə ət-Tənif bölgəsi (Suriya -İordaniya sərhədi) tərəfindən Palmira şəhərində bir sıra mövqelər hədəfə alınıb.

Havadan müdafiə sistemləri raketlərin çoxunu zərərsizləşdirib.

Əl-Əzhər şeyxi İraqa səfər edərək Ayətullah Sistani ilə görüşəcək

İslam dünyasının əsas dini-elmi mərkəzlərindən olan Əl-Əzhərin şeyxi Ayətullah Sistani ilə görüşəcək.

SalamNews xəbər verir ki, bu barədə İraqın əl-Furat telekanalı məlumat yayıb.

Bildirilib ki, Əl-Əzhərin şeyxi Əhməd ət-Təyyib gələn ayın əvvəlində İraqa səfər edəcək.

O, bu səfər çərçivəsində Nəcəf-Əşrəf şəhərinə gedəcək və Ayətullah Sistani ilə görüşəcək.

İlahiyyat İnstitutunun dekanı Beynəlxalq Forumda iştirak edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova Ukraynanın Kiyev şəhərində keçirilən “MDB ölkələri alimlərinin IV Forumu: MDB ölkələrində İslam düşüncəsi – qloballıq və lokallıq” mövzusunda beynəlxalq forumda məruzə ilə çıxış edib.

“Postsovet ölkəsində ali dini təhsildə islamşünaslığın perspektivləri: Azərbaycan İlahiyyat İnstitutunun nümunəsində” mövzusunda çıxış edən dosent E.Əzizova postsovet dövründə Azərbaycanın ali təhsil müəssisələrində dinşünaslıq və islamşünaslığın tarixi inkişaf prosesindən bəhs edib.

"Azərbaycanla İran arasındakı vəziyyət silahlı toqquşmaya gəlməyəcək" - EKSKLÜZİV

Vesti.Az "Ukrayna Gələcək İnstitutu" analitik mərkəzinin beynəlxalq siyasət və Yaxın Şərq üzrə eksperti İlya Kusa ilə müsahibə.

 

- Azərbaycanla İran arasında mövcud gərginliyi necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, vəziyyətin gərginləşməsi, özünü rəqiblərlə əhatələnmiş hiss edən İran üçün o qədər də xoş olmayan, regional liderliyə iddia edən Rusiya Federasiyası və Türkiyənin bölgədəki mövqelərinin güclənməsinə səbəb olan ötən ilin İkinci Qarabağ müharibəsinin nəticəsidir. 

 

İsrail İranı nüvə razılaşması danışıqlarını uzatmaqda günahlandırır-VİDEO

İsrail İrana qarşı hərəkət etmək hüququnu saxladığı barədə xəbərdarlıq edib. Vaşinqtonda İsrailin xarici işlər naziri Yair Lapid ABŞ dövlət katibi Entoni Blinken və BƏƏ xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan ilə birgə mətbuat konfransı zamanı bunları söyləyib: