04 May 2022

Avropa İttifaqı Rusiya neftinə embarqo qoyacaq

“Avropa İttifaqı Rusiyanın həm xam, həm də emal olunmuş neftinin idxalına qadağa qoymağı planlaşdırır”.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə Aİ-nin altıncı sanksiyalar paketi ilə bağlı keçirilən toplantısını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Aİ altı ay ərzində Rusiyadan xam neftin tədarükünü, 2022-ci ilin sonuna isə emal olunmuş məhsulların idxalını dayandırmaq niyyətindədir.

Maradonanın məşhur futbolkası rekord qiymətə satılıb

Məşhur futbolçu Dyeqo Maradonanın 1986-cı ildə dünya çempionatında geydiyi futbolka Sotheby's hərrac evində satışa çıxarılıb.

"Unikal" “France-24” telekanalına istinadən xəbər verir ki, geyim 9,3 milyon dollara satılıb. Bu, idman geyimlərinin hərracı tarixində rekorddur.
2019-cu ildə 1920-ci illərə aid beysbol geyimi 5,5 milyon dollara satılmışdı.

Buzovna qəsəbəsinin sakinləri prezidentdən çimərliyi qanunsuz işğalçılardan azad etməyi xahiş edirlər

Turan: Buzovna qəsəbəsinin bir qrup sakini könüllü iməcilik keçirib, qəsəbə çimərliyini məişət tullantılarından təmizləyib. Zibili toplayıblar, amma tullantıların çıxarılması üçün yük maşını çimərliyə gələ bilmir, çünki dənizə gedən yollar sahil zolağını zəbt edən özbaşına tikinti aparanlar tərəfindən bağlanıb.

Mixalko: “Avropa İttifaqı Azərbaycanda müstəqil medianı dəstəkləməyə hazırdır”

Turan: Avropa İttifaqı azad və müstəqil jurnalistikaya böyük əhəmiyyət verir. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko Ümumdünya Mətbuat Günü münasibətilə keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, bəzən jurnalistlər həqiqəti əks etdirən məlumatı  adamlara çatdırarkən öz həyatları üçün risklərlə üzləşirlər, hazırda Rusiyanın təcavüzünə məruz qalan Ukraynada baş verdiyi kimi.

İraqın şimalında dörd mindən çox insan ev-eşiyini tərk edib

İraq Ordusu ölkənin şimalında yerləşən Sincar əyalətində hərbi əməliyyata başlayıb. Bu əməliyyatlar fonunda 4 mindən çox insan ev-eşiyini tərk edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İraqın şimalında Kürdüstan Regional Hökumətinin rəsmiləri hərbi əməliyyatlar fonunda dörd mindən çox insanın Sincar əyalətini tərk etdiyini bildiriblər.

Azərbaycanda Ramazan ayı münasibətilə kitab sərgisi açılıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialında bütün müsəlman aləminin müqəddəs hesab etdiyi Ramazan ayı münasibətilə kitab sərgisi açılıb.

Az.rasthaber.com xəbər verir ki, sərgidə İslamın yaranma tarixi, İslam dini və Məhəmməd peyğəmbərin (s) həyatından bəhs edən kitablar nümayiş edilib.

Azərbaycanda məktəbdə bomba həyəcanı

Mayın 4-də saat 04.50-də DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu qapadıb. 

DİN-dən "Unikal"a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və məlumat təsdiqini tapmayıb. 

Həbsdə olan hüquq müdafiəçisi aclığa başlayıb

Turan: Hazırda Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist və hüquq müdafiəçisi Elçin Məmməd aclıq aksiyasına başlayıb. Artıq 2 ildir həbsdə olan hüquq müdafiəçisi özünə qarşı ədalətsizliyə son qoyulmasını və dərhal azadlığa buraxılmasını tələb edir.

Bu barədə hüquq müdafiəçisinin anası Rahilə Məmmədli Turana  bildirib.

Rahilə Məmmədli bildirib ki, oğlu sifarişlə həbs edilib.

"Müdafiə Xətti" prezindentə müraciət etdi...

"Müdafiə Xətti" İnsan Haqları Təşkilatını əfv sərəncamının imzalanması ilə bağlı prezindentə müraciət edib. Bu barədə məlumat təşkilatın rəsmi səhifəsində yayımlanıb. Müraciətdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti 
cənab İlham Əliyev! 
“Müdafə Xətti” İnsan Haqları Təşkilatı Azərbaycanda hüquqi dövlətin, vətəndaş cəmiyyətinin bərqərar olunmasına töhvə verməkdən, insan hüquq və azadlıqlarının qorunmasına və dəstəklənməsinə kömək məqsədilə təsis edilib. 

Bayram şübhələrinə yağlı nöqtə

Dünən Azərbaycanda sözün əsl mənasında möhtəşəm Ramazan bayramı qeyd olundu. Pandemiyadan sonra əhalinin coşğu ilə qoşulduğu bayram namazının gözəlliyi həqiqətən də illər sonra arzulanan bir mənzərə idi. Bunu görməzdən gəlmək və ya hansısa fərqli bir tərəf axtarmaq sadəcə və sadəcə hələ də İslamı olduğu kimi anlamaq istəməyənlərin xülyası idi.