İraq ABŞ və Fransa ilə silah müqaviləsi imzalayıb
“Shia News”-a istinadən Operativ.tv-nin yaydığı məlumatına görə, İraq Xəbər Agentliyi İraq Müdafiə Nazirliyinin artilleriya departamentinin komandiri Əbdül-Ərdəviyə bildirib ki, nazirlik ABŞ və Fransa ilə bu ölkələrdən qabaqcıl silahların idxalı ilə bağlı müqavilələr imzalayıb.
O, bu barədə belə deyib: Uzaqmənzilli artilleriya silahları son vaxtlar İŞİD-ə qarşı mübarizədə effektivliyini sübut edib və yeni artilleriya vasitələrinin idxalı Avropa ölkələri ilə müqavilələrin bir hissəsidir.