10 May 2022

AYİB: Rusiya qazı kəsilərsə, COVİD-dən sonra bərpa mümkün olmayacaq

SHAFAQNA TÜRKİYƏ-yə istinadən Operativ.tv məlumat verir: Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iddia edib ki, Rusiya qazının ixracı qəfil dayanarsa, COVID epidemiyasından sonra Avropa, Mərkəzi Asiya və Şimali Afrikanın inkişaf etməkdə olan iqtisadiyyatlarında müşahidə olunan canlanma aradan qalxacaq.

Qanunsuz aksiya cəhdlərinin qarşısı alınacaq

"İctimai-siyasi proseslər qanunla tənzimlənir".

"Unikal" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaq.

Tokio: Hazırda Rusiya neftindən imtina etmək mümkün deyil

Operativ.tv-dən Almayadeenin xəbərinə görə, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Koiçi Haqiuda neft tədarükü haqqında danışır və deyir ki, onun ölkəsi Rusiya neftinin tədarükünü dərhal və tamamilə rədd edə bilməz.
Bu gün Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Koiçi Haqiuda vurğulayıb ki, Tokio hazırda Rusiya neftinin tədarükündən dərhal və tamamilə imtina edə bilməz, lakin “o, ondan asılılığını tədricən azaldacaq”.

Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi ilk dəfə olaraq, Azərbaycan idmançılarının reytinq cədvəlini hazırlayıb. Reytinq xallarının hesablanması idman növləri üzrə federasiyaların təqdim etdikləri beynəlxalq yarışların təsnifatına uyğun aparılacaq. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 4 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Ukraynadan olan qaçqın Azərbaycana keçiddə problemlərin olduğunu bildirir

“Azərbaycan gömrük keçid məntəqələrində Ukraynadan olan qaçqınlara ögey münasibət göstərilir, onların avtomobilləri müxtəlif bəhanələrlə ölkəyə buraxılmır. Azərbaycan hökumətinin, konkret Dövlət Gömrük Komitəsinin bu hərəkəti "Qaçqınların statusu" haqqında Konvensiyanın 8, 13 və 17-ci maddələrinin kobud şəkildə pozulmasıdır. Dövlət Gömrük Komitəsinin belə davranışı beynəlxalq öhdəliyin pozulmasıdır və məsuliyyət yaradır”, -  Demokratiya Naminə Ukrayna Dəstək Platformasının bəyanatında deyilir.  

Sərhədsiz Reportyorlar jurnalist Aytən Məmmədovaya qarşı silahlı hücumu pisləyib

“Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatı mayın 8-də Bakıda naməlum şəxsin 10 yaşlı qızın qətli ilə bağlı araşdırma apardığı üçün jurnalist Aytən Məmmədovaya silahlı hücumunu pisləyib.

"Biz bu zorakılıqdan şokdayıq və səlahiyyətliləri baş verənləri araşdırmağa çağırırıq," təşkilatın Twitter hesabında deyilir.

Bakıda iki polisi güllələyən şəxs həbsdə öldü

Bakıda həbsxanada məhkum ölüb.

"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Məhkum Gülağa Lətifov cəza çəkdiyi müəssisədə ölüb. İlkin məlumata görə, onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, G. Lətifov polis rəisinin müavinini güllələməkdə təqsirli bilinərək həbs edilib.

Nazir Bilgin inflyasiya fərqini açıqladı

Haber 7 -yə istinadən Operativ.tv xəbər verir ki, Əmək və Sosial Müdafiə Naziri Vedat Bilgin, hökumətin işçilərin və təqaüdçülərin inflyasiyanın məhvindən qorunması üçün çalışdığını bildirib.
Mənzil və Sosial Müdafiə naziri Vedat Bilgin, prezident Tayyib Ərdoğanın sədrlik etdiyi Prezident Kabinetinin ardından ilin ikinci yarısında dövlət işçilərinin maaşlarında ediləcək inflyasiya fərqi artımı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
ZƏRƏRDƏN QORUYACAQ

Ənsarullah: “Bu, dialoq masası deyil, diktə masasıdır”

Yəməndəki Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Əbdülməlik Əl-Əcri Yəmənətrafı məntəqələrlə dialoqdan danışır və bunun xarici təzyiqlərdən uzaq, uyğun bir atmosferdə olmasının vacibliyini vurğulayır.
Operativ.tv-nin məlumatına görə dünən, bazar ertəsi Yəməndəki Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Əbdülməlik Əl-Əcri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya sadiq Yəmən partiyaları ilə istənilən dialoq üçün şərtlər qoyub.

Əlifba bayramı keçirilməsə də, son zəng olacağı gözlənilir

Pandemiya dövründən qadağalanan "Əlifba bayramı" bu il də keçirilməyəcək. Lakin tədris ilinin sonu üçün məktəblərdə ənənəvi şəkildə "Son zəng" tədbirinin keçirilməsi gözlənilir. Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasına bildirib. Onun sözlərinə görə, pandemiya hələ də davam etdiyi dövrdə qaydalar əsasında bu il məktəblərdə "Son zəng"in keçirilməsi gözlənilir.

Ekvadorda qanlı üsyan nəticəsində 43 nəfər ölüb

Ekvador Daxili İşlər Nazirliyi Santo Dominqo şəhərində ölkənin cinayətkar dəstələrindən birinin başçısının həbsxanaya köçürülməsi zamanı 43 məhbusun ölümü ilə nəticələnən qanlı iğtişaşın baş verdiyini bildirib.
Mehr agentliyinin Reuters-ə istinadən verdiyi məlumata görə, Ekvador hökuməti Santo Dominqo şəhərindəki həbsxanada rəqib dəstələr arasında baş verən iğtişaşda onlarla məhbusun öldürüldüyünü bildirib.

Fəhlələr bu gün cəbhədə düşmənin ölkədə istehsalını dayandırmaq siyasətinə qarşı mübarizə aparırlar

Operativ.tv-nin İRNA-ya istinadən xəbərinə görə, İnqilabın Rəhbəri Ayətullah Əli Xamenei işçilərlə görüşündə deyib: “İşçilər inqilab zamanı onların əsas motivasiyasının hərbi, iqtisadi və siyasi daxil olmaqla, bütün sahələrdə parlaq motivasiya olduğunu sübut etdilər”.
Fəhlələri qəbul edən Ayətullah Xamenei çıxışını belə davam etdiib:
“Hərbi arenada görünən səhnə müqəddəs müdafiə dövrüdür. 14 min fəhlə şəhidimiz var; 14 min.

Məmmədyarov ABŞ şahmatçısına uduzdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.

"Unikal" xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın beşinci turunda qara fiqurlarla Fabiano Karuana (Fransa) ilə üz-üzə gəlib. Qarşılaşma 66-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb. Bu, Məmmədyarovun turnirdə ilk məğlubiyyəti olub.

ABŞ qüvvələri Ərbildə evlərə atəş açıb

Rasthaber-ə istinadən Operativ.tv-nin verdiyi məlumata görə İraqın Ərbil şəhərindəki Hərir Hava Bazasında yerləşdirilən ABŞ qüvvələrinin təlim zamanı səhvən bir avtomobilə və evlərə atəş açdığı bildirilib.
Şaklavanın Başırma rayonunun direktoru Cengaver Ajqayi Ərbildə yerləşən Rudaw kanalına açıqlama verib.
Axşam saat 22:00 radələrində Hərir Hava Bazasında yerləşdirilən ABŞ qüvvələrinin təlim zamanı səhvən 11 evə və bir avtomobilə atəş açdığını açıqlayan Ajqayi, hadisədə ölən və yaralananların olmadığını bildirib.

Hizbullah lideri hərəkatın silaha əl atmasının səbəbini açıqlayıb

“Livan hökumətləri bizi o zaman müdafiə etmirdilər. Livan hökumətləri 1975-ci ildən İsrailə qarşılıq vermək üçün müdafiə planı hazırlayırlar. İndi 2022-ci ildir, hələ də o planı hazırlayıb qurtarmayıblar. Livanın cənubundakı xalq Məzare-Şəba və Kəfar-Şuba iğşal ediləndən sonra silaha buna görə əl atdı. Onlar özünü və torpağını İsraildən qorumaq üçün silaha əl atmağa məcbur idilər. Çünki Livan hökuməti onları müdafiə etmirdi”.

MN: Kəlbəcərdə Ordumuzun mövqeləri atəşə tutulub

Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

"Qəbələ" "Neftçi"yə qalib gəldi

Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub.

"Unikal" xəbər verir ki, turun son matçında "Qəbələ" "Neftçi"ni qəbul edib. İkinci pilləni rəsmiləşdirən "Neftçi" "Qəbələ"yə 0:1 hesabı ilə uduzub. "Qəbələ" bu qələbə ilə turnir cədvəlində  yenidən 4-cü pilləyə yüksəlib

Qeyd edək ki, "Qarabağ" 25-ci turdan çempionluğu rəsmiləşdirib.