14 May 2022

Turan Əliyev Azərbaycan çempionu oldu

Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən Azərbaycan çempionatının ikinci yarış günündə yaşı 15-dək olan ağırlıqqaldıranlar arasında 61 kq çəki dərəcəsində medalçılar müəyyənləşib.

"Unikal" xəbər verir ki, toplam 192 kq (88+104) nəticə ilə Sumqayıt idmançısı Turan Əliyev qızıl medal qazanıb.

Toplam 188 kq-ın (85+103) öhdəsindən gələn Əli Məhərrəmzadə gümüş, 173 kq (80+93) nəticə göstərən Akif Abdullayev bürünc medala sahib çıxıb.

Ağ Ev: Biz Türkiyə ilə işləyirik

Operativ.tv Rasthaber-ə istinadən verdiyi məlumatına görə, Ağ Evin sözçüsü Cen Psaki Ağ Evdə keçirdiyi gündəlik mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı bəyanatını dəyərləndirib. 
“TÜRKİYƏ İLƏ İŞLƏYİRİK”
Psaki qeyd edib ki, Finlandiya və İsveç NATO-ya üzvlük prosesində Türkiyənin mövqeyini aydınlaşdırmağa çalışır və bu məsələdə Türkiyə ilə işləyirlər.

İran Fars körfəzində tankeri ələ keçirib

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 42 000 litr qanunsuz yanacaq daşıyan tankeri ələ keçirib.
İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Hörmüzqan vilayətinin baş prokuroru Müctəba Qəhrəmani qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı aşkarlanan qayığın İnqilab Keşikçiləri Ordusu tərəfindən ələ keçirildiyini bildirib.
Qəhrəmani, 42 000 litr qaçaq yanacağın ələ keçirildiyi qayıqda 4 nəfərin də nəzarətə alındığını açıqlayıb.

BƏƏ-nin yeni dövlət başçısı bəlli olub

Vəliəhd Məhəmməd bin Zayid ən-Nəhyanın dünən vəfat edən Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayid Əl-Nəhyanın kürsüsündə əyləşəcəyi açıqlanıb.
Operativ.tv Hürriyetin xəbərinə görə, Əbu-Dabi əmirliyinin vəliəhdi və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin baş komandanının müavini Məhəmməd bin Zayed bin Sultan ən-Nehyan dünən vəfat edən xəlifə Bin Zayid Əl-Nəhyanın boşaldığı prezident kürsüsünə oturacaq.

Qərb nüvə danışıqlarındakı fürsətləri əldən verib – Şəmxani

“Amerika öhdəliklərinə əməl etməməklə və Avropa addım atmamaqla İranın xoşniyyətliliyindən irəli gələn fürsətləri aradan aparıblar”.

SalamNews-a istinadən Operativ.tv xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr-admiral Əli Şəmxani rəsmi tvitter səhifəsində yazıb.

Fəallara və jurnalistlərə hücumlara qarşı etiraz aksiyası polis tərəfindən qarşısı alınıb-VİDEO

Fəallara və jurnalistlərə hücumlara qarşı bu günkü etiraz aksiyasının təşkilatçılarının əksəriyyəti polis tərəfindən tədbir başlananadək saxlanılıb.

Belə ki, Bəxtiyar Hacıyev, Alı Əlizadə, Fuad Əhmədli, Əziz Məmiyev evindən çıxarkən saat 14-də (aksiya başlanmazdan bir saat əvvəl) saxlanılıblar.

Cavanşir Feyziyev parlamentdəki daha bir vəzifəsindən çıxarılıb

Milli Məclisin deputatları-Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Bu barədə SalamNews-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sionist İsrail polisi Əbu Aqilənin dəfn mərasiminə hücum edib

Operativ.tv Rasthaber-ə istinadən verdiyi xəbərə görə, sionist İsrail polisi İordan çayının qərb sahilindəki Cenin bölgəsinə basqın zamanı sionist İsrail əsgərləri tərəfindən öldürülən Əl-Cəzirə televiziyasının fələstinli qadın müxbiri Şirin Əbu Aqilənin cənazəsinin çiyinlərində daşınmasına icazə vermədi. Polis dəfn mərasiminə dəyənəklər, rezin güllələr və səs bombaları ilə müdaxilə edib.

Əfv Komissiyası indiyə qədər 400-dən çox müraciətə baxıb

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın üzvü Rəşad Məcid bu barədə məlumat verilib. O bildirib ki, komissiya bu günə qədər 400-dən artıq müraciətə baxıb. Hələ də baxılası müraciətlər var və bu baxımdan komissiya növbəti iclasını mayın 19-da keçirəcək. Qeyd edək ki, komissiyanın iclasları 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Hindistanda yanğın: 27 ölü, 40 yaralı var

Hindistanın Dehli şəhərində bir binada baş verən yanğında 27 nəfər ölüb, 40 nəfər yaralanıb.
Operativ.tv Cumhuriyyetin NDTV-yə istinadən verdiyi xəbərə görə, şəhərin qərbində, Mundka metrosunun yaxınlığında 4 mərtəbəli binada yanğın baş verib.
Dehli polisi yanğında ən azı 27 nəfərin öldüyünü, 40 nəfərin yaralandığını açıqlayıb.
Polis binanın birinci və ikinci mərtəbələrindən 60-a yaxın insanın xilas edildiyini, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Həbsdə olan partiya sədri Əli Əliyev barəsində növbəti dəfə cinayət işi başlandı

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev barədə yenidən cinayət işi başlanıb.

Trend-in məlumatına görə, partiya sədri barəsində növbəti dəfə xüsusi ittiham qaydasında şikayət verilib.

Əli Əliyev bu dəfə Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə ittiham olunub.

Cinayət işinin ibtidai istintaqı başa çatıb və materiallar baxılmaq üçün Yaxsamal rayon Məhkəməsinə göndərilib.

Taliban qüvvələri Şiə Üləma Şurasının məşvərət iclasına hücum edib

Əfqanıstanın Şiə Üləma Şurasının qurucusu Ayətullah Asəf Möhsinin nəvəsi Yasir Möhsini təsdiq edir ki, Taliban qüvvələri bu gün ölkədəki cari məsələləri müzakirə etmək üçün şuranın iclasını pozub.
Operativ.tv Shia News-a istinadən verdiyi məlumatına görə, Əfqanıstanın Şiə Üləma Şurasının qurucusu Ayətullah Asif Möhsinin nəvəsi Yasir Möhsini təsdiq edir ki, Taliban qüvvələri ölkədəki cari məsələlərin müzakirəsi üçün şuranın iclasını pozub.

Rəcəb Tayyib Ərdoğan Finlandiyaya və İsveçə mesaj verdi

Yenisafak-a istinadən Operativ.tv xəbər verir ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi müsahibədə Finlandiya və İsveçin NATO-ya üzv olmaqla bağlı suala belə cavab verib: 
“Yunanıstanla əladəqədar NATO yanlış addım atdı. Skandinaviya ölkələri terror təşkilatlarının qonaq evləri kimidir. Hadisələri izləyirik. Buna müsbət baxmağımız mümkün deyil.”

İranda ərzaq bahalaşması kütləvi etirazlara səbəb olub

İranda ərzaq qiymətlərinin kəskin bahalaşması ölkədə kütləvi etirazlara yol açıb. Operativ.tv İran medialarına istinadən verdiyi məlumata görə ölkənin qərb hissəsi olan Lorestan əyalətinin Borucerd, Doroud, Çaharmahal Bəxtiyari əyalətinin Cunqan və Farsan, Kohquluye və Boyer-Əhməd əyalətlərinin Dehdəşt şəhərində vətəndaşlar etiraz edərək küçələrə çıxıb. Etirazlar insidentlərlə müşahidə olunub və bu səbəbə görə 22-dən artıq etirazçı saxlanılıb.

Əfqanıstanda məsciddə partlayış nəticəsində 7 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildə günorta saatlarında məsciddə baş vermiş partlayışda ölən və yaralananların sayı açıqlanıb. "RİA Novostiyə" istinadən Operativ.tv  xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb.

Partlayış məsciddə namaz vaxtı baş verib.