04 June 2022

Fransız mediası bu ikisini “şeytan” adlandırıb

Fransanın “Le Point” jurnalı Ərdoğan və Putini “şeytan” adlandırıb...
Operativ.tv SHAFAQNA TÜRKİYE – yə istinadən verdiyi xəbərə görə, Fransanın Le Point jurnalı bildirib ki, Ərdoğan və onun "şeytan" adlandırmağı məqsədəuyğun hesab etdiyi Putin, "aralarında rəqabətli əməkdaşlıq və ya əməkdaşlıq rəqabəti olduğu halda, geosiyasi tarazlığı birlikdə yenidən yazır".

Üç futbolçu Azərbaycan millisindən qovuldu

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Operativ.tv "Unikal" -a istinadən xəbər verir ki, üç futbolçu - Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılıb. "Qəbələ" klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.

Səudiyyə koalisiyası Yəməndə daha bir yanacaq daşıyan gəmini ələ keçirib

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, Yəmən Milli Neft Şirkətinin sözçüsü Səudiyyənin hücum koalisiyası tərəfindən daha bir yanacaq tankerinin ələ keçirildiyini açıqlayıb.
İranpress-in verdiyi məlumata görə, Yəmən Milli Neft Şirkətinin sözçüsü İssam əl-Mütəvakil cümə günü gecə saatlarında Səudiyyə hücum koalisiyasının Yəmən xalqı üçün 23 min ton mazut və 7 min ton dizel daşıyan Foss Power adlı gəmini ələ keçirdiyini bildirib.
Yəmən Milli Neft Şirkətinin nümayəndəsinin sözlərinə görə, gəmi BMT-dən lisenziya alıb.

İctimai fəal Rəbiyyə Məmmədovanın anası vəhşicəsinə döyülüb

Dünən ictimai fəal Rəbiyyə Məmmədovanın anası fiziki hücuma məruz qalıb. Qadına bədən xəsarətləri yetirilib. Bu barədə məlumatı Operativ.tv Turan-a istinadən yayıb.

Rəbiyyə Məmmədovanın Turan-a verdiyi məlumata görə, 59 yaşlı anası Bəsti Məmmədova Binəqədi Mənzil-Kommunal və Texniki Xidmət Sahələrinin 102 saylı Mənzil-İstismar Sahəsində (MİS) süpürgəçi işləyir və son vaxtlar iş yoldaşı tərəfindən bullinqə məruz qalırdı.

İmam Əli (ə) ziyarətgahından universitet tələbələrinə xüsusi diqqət

Operativ.tv Az.shafaqna.com -a istinadən xəbər verir ki, İraqın Nəcəf şəhərində yerləşən İmam Əli (ə) ziyarətgahı İraqdakı bir çox universitet və kolleclərin tələbələrinə diqqət və qonaqpərvərliyini davam etdirir.

Dünən “Əl Müstənsiriyyə” universitetinin Mühəndislik kollecinin tələbələri İmam Əli (ə) ziyarətgahına dəvət olunaraq, onlara xüsusi ziyarət və məlumatlandırma proqramı təşkil edilmişdir.

BMT-dən işğalçı sionist İsrailə çağırış

Operativ.tv Rasthaber – ə istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) İsraili işğal olunmuş Fələstinin cənubundakı Nəcəf (Negev) səhrası bölgəsində fələstinli bədəvilərin yaşadığı kəndin boşaldılması və sökülməsinə son qoymağa çağırıb.
BMT ekspertləri tərəfindən edilən yazılı açıqlamada, Nəcəfin Ras Cərabah kəndində yaşayan və İsrailin hüquqi statusu tanımadığı 500-ə yaxın bədəvinin zorla çıxarılma təhlükəsi ilə üzləşdiyi bildirilib.

Suriya Ordusunun mövqeləri artileriyadan hədəfə alınıb, ölən və yaralananlar var

Suriyanın Həsəka əyalətində radikal qruplaşmalar Suriya Ordusunun mövqelərini artileriyadan hədəfə alıblar.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, radikal qruplaşmaların Suriya Ordusunun Ummul-Kəyf kəndi ərazisindəki mövqelərini artileriyadan hədəfə alması nəticəsində bir nəfər ölüb və altı əsgər yaralanıb.

İnqilabın Rəhbəri Ayətullah Xamenei: Böyük İmam İslam Respublikasının ruhudur

İnqilab Rəhbəri: "Böyük İmam İslam Respublikasının ruhudur. Əgər bu ruh İslam Respublikasından götürülsə və yox sayılsa, divarda bir şəkil qalacaq."
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının banisinin pak hərəmində İmam Xomeyninin (r.ə) vəfatının 33-cü ildönümü münasibətilə deyib: Böyük İmam İslam Respublikasının ruhudur. Əgər o ruh İslam Respublikasından götürülsə və yox sayılsa, divarda bir şəkil qalacaq”.

Ərdoğan və Stoltenberq Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı məsləhətləşib

Prezident Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri ilə bağlı təhlükəsizlik narahatlıqlarının ədalətli və qanuni əsaslara söykəndiyini vurğulayıb.
Operativ.tv SHAFAQNA TURKEY – ə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq telefon danışığında İsveç və Finlandiyanın hərbi alyansa üzvlüyü məsələsini müzakirə ediblər.

Livan: Suriyalı qaçqınlarla bağlı avropalılarla əməkdaşlıq etməyəcəyik

Operativ.tv Rasthaber – ə istinadən verdiyi xəbərə görə, Livanın xarici işlər naziri Abdullah Buhabib Suriyalı qaçqınların Livanda qalması məsələsində avropalılarla əməkdaşlıq etməyəcəklərini bildirib.
Livan Rəyasət Heyətindən verilən yazılı açıqlamaya görə, nazir Abdullah Buhabib prezident Mişel Aun ilə prezident sarayında görüşərək Livan və bölgədəki vəziyyətlə bağlı ABŞ-da apardığı danışıqların nəticələri barədə məlumat verib.

Putindən aydın göstəriş: Süni yağış yağdırın!

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Sibir vilayətində yerləşən Yakutiyaya yay aylarında Sibirdə baş verən meşə yanğınlarına qarşı süni yağışların yağdırılmasını əmr edib.
Operativ.tv CNN Türk-ə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin Rusiyanın Sibir bölgəsində yay mövsümündə baş verən yanğınlarla bağlı yeni göstərişlər verib. Keçən il və bu ilin yazında Sibirdə baş verən meşə yanğınları milyonlarla hektar meşəni məhv etdiyi üçün Sibir bölgəsində yerləşən Yakutiyada süni yağışların yaradılması əmri verildi.

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrup Ermənistan ərazisindən Naxçıvana gedən avtomobil yolunun marşrutlarını müzakirə edib

İyunun 3-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli İşçi Qrupun 10-cu iclası keçirilib. Bu barədə məlumatı Operativ.tv Turan-a istinadən verib.

Zakir Həsənov təxribatlara dərhal adekvat cavab verilməsini tapşırıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrinə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib.

Operativ.tv SalamNews-a istinadən xəbərinə görə, o, bu barədə iyunun 4-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə danışıb.

“O nazir şəhid ailələrinin qapısına piyada gəlməli idi” – Polad Həşimovun anası

“Məmurların hamısı sanki bir cərgədədirlər. Qazilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapısını vurub dağıdıblar, nazir Sahil Babayevin borcu idi ki, onların problemini dinləsin, yardım etsin. Sahil Babayev bu iki ildə bir qazinin evinə gedibmi?! Zəng vurub bir şəhid ailəsindən xəbər bilibmi? Bir dəfə düşünübmü ki, bu ananın övladı mənim yolumda şəhid olub, maraqlanım görüm harada, nə vəziyyətdə yaşayır?”.