Bakı-Naxçıvan biletinin qiyməti bahalaşdı
Bakı-Naxçıvan reysinə biletlərin qiyməti 10 manat bahalaşıb.
Operativ.tv “Unikal” -a istinadən xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Belə ki, “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edilib.
İndiyədək uçuş tariflərinə görə güzəştli məbləğ olan 20 manat 10 manata endirilib.