20 June 2022

Bakıda əməliyyat keçirildi, vəzifəli şəxslər saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib.

Operativ.tv Trend-ə istinadən məlumatına görə, dövlət qurumlarının birində baş tutan əməliyyatda vəzifəli şəxslər saxlanılıb.

Qeydi-rəsmi məlumata görə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirilib.

Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

"Real" yeni transferini təqdim edib

İspaniyanın "Real" klubu mövsümlərarası fasilədə heyətinə qatdığı Antonio Rüdigeri ictimaiyyətə təqdim edib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Madrid təmsilçisi "Çelsi" ilə müqaviləsi başa çatan almaniyalı mərkəz müdafiəçisi üçün imza mərasimi təşkil edib. 29 yaşlı oyunçu "kral klubu"nda 22 nömrəli forma ilə çıxış edəcək.

Siyasi məhbusun vəziyyəti pisləşib

Operativ.tv xəbər verir ki, aclıq aksiyasının davam edən 17-ci günündə Abbas Hüseynin səhhətində ciddi problemlər yaşanıb. Bu barədə o özü, zəng vurarkən bildirib. Belə ki, aclığının 15-ci günündə Abbas Hüseyn səhər namazına qalxdığı zaman bir anlığa müvazinətini itirib. Gözləri qaralan Abbas yerə yıxılıb və başı ciddi zədələnib. Həbsxana rəhbərliyi tərəfindən həkim nəzarətinə alınan A. Hüseynə həkimlərin aclığı dayandıraraq müalicəyə ehtiyac duyulduğu deyilsə də, Abbas nə müalicəni, nə də aclığın dayandırılmasını qəbul etməyib.

Təqsirləndirilən şəxs: "Mövlam Şıxəliyevin göstərişini icra etmədim, buna görə peşimanam"

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, İstintaq idarəsində 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və İstintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Haker hücumuna görə İsrailin beş şəhərində bir saata yaxın həyəcan siqnalı çalınıb - Haaretz

İsrailin təhlükəsizlik mənbələri İran tərəfindən növbəti haker hücumun həyata keçirildiyi və həyəcan siqnallarının beş şəhərdə işə düşdüyünü bildiriblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə kibertəhlükəsizlik üzrə yerli mənbələr məlumat veriblər.

Əfqanıstanın iki şəhərində törədilən partlayışlarda yeddi mülki şəxs həyatını itirib

Bu gün paytaxt Kabildə və ölkənin şərqində yerləşən Nəngərhar əyalətində partlayışlar törədilib. Ölənlər var.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu gün Nənrəghar əyalətinin Qəni-Xəyl rayonunda səhiyyə işçilərini daşıyan maşın partlayışa məruz qalıb.

Burada üç səhiyyə işçisi ölüb və 10 nəfər yaralanıb.

Vəkil Fəxrəddin Mehdiyev: "...Amma aclığı davam etdirəcəyini dedi"

Bu gün vəkil Fəxrəddin Mehdiyev ilahiyyatçı Tale Bağırzadə ilə Qobustan həbsxanasında görüşüb. Bu barədə məlumatı vəkil özü yayıb. O, görüşü haqqında belə söyləyib:  

"Tale Bağırzadə fiziki cəhətdən tükənib. Bənizi solub. Danışmağa əziyyət çəkirdi. Amma aclığı davam etdirəcəyini dedi. Çöldə baş verənlərdən xəbəri var"

Suriyada hərbi avtobusa bombalı hücum olub

Operativ.tv Rasthaber –ə istinadən verdiyi xəbərə görə, Suriyanın Rəqqa vilayətində əsgərləri daşıyan avtobusda baş verən partlayışda 13 əsgər həyatını itirib, 2 əsgər isə yaralanıb.
Ərəb mediasının məlumatına görə, Suriyanın Rəqqa əyalətində hərbi avtobusun keçidi zamanı bombanın partlaması nəticəsində azı 13 əsgər həlak olub. Hadisə nəticəsində azı 2 nəfər yaralanıb.
Suriya Səhiyyə Nazirliyi yaralanan iki əsgərin vəziyyətinin ağır olduğunu bildirib.
Hücuma görə məsuliyyəti hələlik heç kəsin üzərinə götürmədiyi bildirilir.

Yəmən: Biz çaşdırıcı silahlarla haqlarımızı tamamilə geri alırıq

Operativ.tv Rasthaber – ə istinadən verdiyi məlumata görə, Yəmənin Baş Qərargah rəisi hər kəsi təəccübləndirəcək strateji çaşdırıcı silahlara malik olduqlarını bəyan edərək, "Yəmən qüvvələri əvvəlkindən daha yaxşı silahlarla təchiz olunub" - deyə bəyanat verib.
Yəmənin Baş Qərargah rəisi Məhəmməd əl-Qəməri bazar günü axşam saatlarında atəşkəs rejiminin pozulmasını araşdırmaq, nəzarət etmək və yolları açmaq üçün xüsusi hərbi komitənin sədri və üzvləri ilə görüşüb.

Səudiyyə Ərəbistanından yeni qərar... Qadağan edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Mültəzəmə (qara daşla Kəbənin qapısı arasında olan yer), Həcərül-Əsvəd (Qara daş) və Kəbənin divarlarına əl və üzün sürtülməsini qadağan edib. Pandemiya dövründə başlayan daimi qadağaya reaksiya verənlər də olub.
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, dünyanı təsir altında saxlayan Kovid-19 epidemiyası səbəbilə Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətlərini dayandırıb, daha sonra müəyyən məhdudiyyətlərlə ziyarəti açıb.

İran və Yunanıstan saxlanılmış gəmilərin sərbəst buraxılması üçün qarşılıqlı addımlar atırlar

İran Yunanıstanın iki, Yunanıstan isə İranın bir neft gəmisinin sərbəst buraxılması üçün qarşılılqı addımlar atırlar.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlama verib.

"Qərb müxtəlif regionlarda öz təsir dairələrini genişləndirməyə çalışır"

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Qazaxıstan prezidenti ilə görüşündə deyib: "Ukrayna məsələsində əsl problem ondan ibarətdir ki, Qərb NATO-nu genişləndirməyə çalışır və imkan daxilində öz təsirini artırmağı düşünür".

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, Ayətullah Xamenei Qazaxıstan prezidenti Qasım Comart Tokayev ilə görüş zamanı deyib:

Sionist İsrail rejimin xarici işlər naziri Türkiyəyə gəlir

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi sionist rejimin İsrail xarici işlər naziri Yair Lapidin iyunun 23-ü cümə axşamı Türkiyəyə səfər edəcəyini açıqlayıb.
Lapid cümə axşamı Ankaraya səfər etməyi və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyi planlaşdırır.
XİN-dən verilən açıqlamada səfər çərçivəsində keçiriləcək təmaslarda ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirə olunacağı qeyd edilib.

Azərbaycan güləşdə Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatına yekun vurulub.

Operativ.tv “Az.shafaqna.com” -a istinadən xəbər verir ki, sərbəst güləş üzrə milli komandamız qitə birinciliyində tarixi uğura imza atıb.

Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Buxarestə yollanan 10 idmançıdan 9-u fəxri kürsüyə qalxıb.