21 June 2022

Daha bir siyasi məhbus aclıq aksiyasına qoşulub

İyunun 3-dən başlanan aclıq aksiyasına siyasi məhbus Elşən Abbasov da qoşulub. Bu barədə məlumatı Operativ.tv-yə onun yaxınları verib. Onların bildirdiyinə görə siyasi məhbus aclığa iyunun 18-dən başlayıb. Elşən bu barədə cəza çəkdiyi müəssisənin rəhbərliyinə yazılı bildirərək aclığını polis idarələrində işgəncə zamanı Allahın təhqir olunmasına etiraz olaraq əsaslandırıb. O, günahkarların cəzalanması tələbi ilə aclıq edir.

Kanadadan Myanmaya maliyyə dəstəyi: 288,3 milyon dollar yardım

Kanada Myanma böhranının həlli çərçivəsində 3 il müddətinə cəmi 288,3 milyon dollar təmin edəcəyini açıqlayıb.
Operativ.tv CUMHURİYET-ə istinadən xəbər verir ki, Kanada xarici işlər naziri Melanie Joly və Beynəlxalq İnkişaf Naziri Harjit Sajcan ortaq yazılı açıqlamada Myanmada 2021-ci ilin fevral ayında baş vermiş hərbi çevrilişdən sonra başlayan siyasi, təhlükəsizlik, humanitar və iqtisadi böhranın Myanma və Banqladeşdə milyonlarla insanı təsir altına almaqda davam etdiyini bildirib.

Netanyahu: İsraildə koalisiya dağılıb

Operativ.tv Haber 7-yə istinadən xəbər verir ki, İsrailin keçmiş baş naziri və əsas müxalifət lideri Benyamin Netanyahu Naftali Bennetin rəhbərlik etdiyi koalisiya hökumətinin növbədənkənar seçkilər keçirmək qərarına gəlməsindən sonra "Bu, İsrail tarixindəki ən pis hökumətdir" şərhini verib.
Koalisiya hökumətində ortaq olan Baş nazir Bennett və Xarici İşlər Naziri Yair Lapid dünən Assambleyanın buraxılması və erkən seçkilərin təyin edilməsi barədə qərar qəbul etdikdən sonra Netanyahu mətbuat mənsublarına açıqlamalar verib.

Papanın istefa verəcəyi ilə bağlı fərziyyələr artır

Vatikanın dövlət başçısı Papanın səhhətində yaranan problemlərə görə istefa verməyi düşündüyü iddia edilib.
Operativ.tv Haber 7-yə istinadən xəbər verir ki, katolik dünyasının ruhani lideri Papa Fransisk haqqında şayiələr səhhətində yaranan problemlərə görə yayılmaqda davam edir.
Vatikanın həm də dövlət başçısı olan Papanın istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb.
Papanın istefası ilə bağlı yayılan xəbərlərə səbəb onun Konqo və Cənubi Sudana səfərini diz ağrıları səbəbindən təxirə salmasıdır.

Suriyadakı terror aktını İŞİD öz üzərinə götürüb

Operativ.tv Rasthaber –ə istinadən verdiyi xəbərə görə, İŞİD terror təşkilatı bazar ertəsi Suriya ordusuna məxsus avtobusda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Xatırladaq ki, terrorçular ötən gün Suriyanın şimalındakı Rakka vilayətində Suriya əsgərlərini daşıyan avtobusa hücum ediblər. Bu hücumda 13 Suriya əsgəri həyatını itirib, 2 əsgər isə yaralanıb.
Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində terrorçular bu yaxınlarda sərnişin avtobusuna hücum edərək azı 3 mülki vətəndaşı öldürüb, 20-dən çox insanı yaralayıblar.

Azərbaycanda nələr baş verir?

Operativ.tv Rasthaber-də Sabahattin Türkyılmazın məqaləsini dərc edib:
Azərbaycan nəyə doğru gedir? Azərbaycan baharı ola bilərmi?
Müqavimətçilərin aclıq aksiyası kütləvi hərəkata çevriləcəkmi?
Nardaran hadisələri ilə başlayan, hicab qadağaları ilə davam edən, məscid proqramları və dini şadlıq/anım proqramlarına məhdudiyyətlərlə təzyiqlərini artıran Əliyev rejiminə qarşı etirazlar yüksək səslə səsləndirildi.
Bu etirazlar ermənilərlə Qarabağ müharibəsi ilə qısa müddətə kəsilsə də, məsələ kül altında qalan od kimi görünür.

“Əl-Əhrar” qrupu İraqın şimalında Türkiyə hərbi bazasına hücumu üzərinə götürüb

“Əhrar əl-İraq” qrupu Türkiyə hərbi qüvvələrinin olduğu Zlikan bazasına hücumu üzərinə götürüb.

Operativ.tv SalamNews -a istinadla xəbər verir.

Bildirilib ki, cari ayda iki dəfə Zlikan hərbi qərargahına hücum edilib ki, yenicə “Əhrar əl-İraq” qrupu bu hücumları üzərinə götürüb.

Daha bir fələstinli hüquq müdafiəçisi və jurnalistdən Tale Bağırzadəyə dəstək

Operativ.tv xəbər verir ki, fələstinli jurnalist Muhəmməd İbrahim Tale Bağırzadəyə öz dəstəyini nümayiş etdirib:
“İşğalçı İsraillə əməkdaşlığa əsaslanan istənilən münasibət işğalın maraqları, neft və qaz hərisliyi, Azərbaycanın ətrafındakı bəzi dövlətlərlə düşmənçilik, həmçinin İsrailin Mossad-ın böyük bazasına malik olması və onun istismarı və Azərbaycanın İranla yaxınlığı baxımından etibarsızdır. 
Biz Azərbaycanda müsəlmanların şiddətlə təqib edilməsini, xüsusilə İslam müqəddəslərinin təhqir olunmasını qətiyyətlə pisləyirik.

NATO-nun Türkiyə ilə bağlı bəyanatı verdi

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı qanuni təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması üçün konstruktiv görüş keçirildiyini və danışıqların davam etdiriləcəyini bildirib.
Operativ.tv Haber Global-a istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı qanuni təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması üçün konstruktiv görüş keçirildiyini və danışıqların davam etdiriləcəyini bildirib.

Fələstinli analitik İbrahim Müslimdən Tale Bağırzadəyə: Sən İslamın şərəfisən

Operativ.tv-nin məlumatına görə fələstinli analitik və yazar İbrahim Müslim Tale Bağırzadəyə dəstək nümayiş etdirib: 
“Azərbaycanlı qardaşlar, siz tək deyilsiniz və heç vaxt tək olmayacaqsınız. Sən İslam millətinin şərəfisən.
Hər kim İslam müqəddəslərini təhqir etsə, İslam ümmətinin düşmənlərindən olar və biz buna icazə verməyəcəyik.
Bu zülm və təhqirlər qarşısında aclıq aksiyasına başlayan Tale Bağırzadə və dostlarını dəstəkləyir və təbrik edirik.”

İşğal olunmuş ərazilərdə həyəcan siqnalı

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Qərbi Qüdsün Talpiot, Katamon və Beyt HaKerem məhəllələrində və Eylatda dünən axşam saatlarında həyəcan siqnalları səslənib və insanlar sığınacaqlara axışıb.
Ərəb mediasının məlumatına görə, dünən gecə Qərbi Qüdsdə Talpiot, Katamon və Beyt HaKerem məhəllələrində və Eylatda həyəcan siqnalı səslənib və insanlar sığınacaqlara axışıb.
Sionist mediası Milli Elektronika Direktorluğunun həyəcan siqnalizasiya sisteminin nasazlığının kiberhücum nəticəsində yarandığından şübhələndiyini bildirib.

Çin təhlükəsizlik gəmiləri Yaponiyanın ərazi sularına daxil olur

Çinin təhlükəsizlik gəmiləri Şərqi Çin dənizində Yaponiyanın ərazi sularına daxil olub.
Operativ.tv CUMHURİYET-ə istinadən verdiyi xəbərə görə, Çinin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiya ərazi sularına daxil olduğu bildirilir.
Okinavanın Naha qraflığında yerləşən 11-ci Dairə Sahil Mühafizəsi Qərargahının məlumatına görə, Çinin 2 sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi sularını pozub.

AŞ Venesiya Komissiyası Azərbaycanın media haqqında qanununu yararsız hesab edib

Avropa Şurası Venesiya Komissiyası iyunun 20-də Azərbaycanın "Media haqqında" qanunu ilə bağlı rəy bildirib. Bu barədə Operativ.tv Turan-a istinadən məlumat yayıb.

Dörd ekspertin hazırladığı 22 səhifəlik rəy VK-nin 17-18 iyun tarixlərində keçirilmiş 131-ci plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Venesiya Komissiyası belə qərara gəlib ki, Avropa Şurasına üzv olan bir ölkədə belə bir qanun tətbiq edilməməlidir.

Livan: Suriyalı qaçqınları qanuni yolla ölkədən deportasiya edəcəyik

Operativ.tv Rasthaber-ə istinadən verdiyi xəbərə görə, Livanın baş naziri Miqati bildirib ki, beynəlxalq ictimaiyyət dəstəkləməsə, suriyalı qaçqınların ölkədən qanuni olaraq çıxarılması üçün addımlar atacaqlar.
Livan Nazirlər Şurası ölkədəki böhranlarla mübarizədə izlənəcək yol xəritəsini müzakirə etmək üçün toplaşıb.
Görüşdən sonra mətbuata açıqlama verən Baş nazir Nəcib Miqati 2019-cu ildən bəri davam edən iqtisadi böhran səbəbindən Livan xalqının çox çətin bir prosesdən keçdiyini bildirib.

İran Fordo nüvə obyektində uranın zənginləşdirilməsi işini artırır - Reuters

İran Fordo nüvə obyektində yeni nəsil sentrfuqa cihazları qurşadırmaq və burada uranın zənginləşdirilməsini işini artırmaq istəyir.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Reuters bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyindən əldə etdiyi sənədə əsasən məlumat yaydığını bildirib.

Azərbaycan Ordusunun Laçın və Kəlbəcər istiqamətlərindəki mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.