23 June 2022

Sergey Lavrov: Sərhədlərin delimitasiyası və demarkasiyası üçün məsləhət xidmətləri göstərməyə hazırıq

 "Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməyə də hazırıq".

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Bir qrup inanclı Xırdalan İcra Hakimiyyəti önündə etiraz aksiyası keçirib-VİDEO

Allahın polis idarələrində təhqirinə etiraz olaraq bir qrup inanclı Xırdalan İcra Hakimiyyəti binasının önündə etiraz edib. Onlar İcra Hakimiyyətinin nümayəndəliyi ilə görüşərək Allahın təhqirinin yolverilməzliyini bildirib və iştirakçılar bu işi görənləri məscidlərdə donuz saxlayan ermənilərlə bərabərləşdiriblər. Sonunda etiraz məktubu nümayəndəliyə təqdim olunub. Aksiya insidentsiz, dinc şəraitdə bitib.

Taliban həzarələrin yaşadığı Bəlxab rayonuna hücuma keçib

 Talibanın həzarə liderlərindən olan Mövləvi Mehdi hərəkata qarşı üsyana qalxıb. Hərəkat bundan sonra Bəlxab istiqamətində böyük hərbi qüvvə göndərib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Taliban hökumətinin qüvvələri bu gün bir neçə istiqamətdən Bəlxab rayonu istiqamətində irəliləməyə çalışıblar.

Nigeriya Ali məhkəməsi şagirdlərin hicab hüququnu təmin etdi

Nigeriyanın Ali məhkəməsi dövlət məktəblərində hicaba dair rezonanslı işlə bağlı müsəlman şagirdlərin lehinə qərar çıxarıb.

Operativ.tv Az.shafaqna.com -a istinadən xəbər verir ki, Ali məhkəmə Asiyat Əbdülkərim adlı müsəlman xanımın Laqos ştatının hökumətinə qarşı iddiasını gözdən keçirib və dövlət məktəblərində hicabın qadağan edilməsinin dini mənsubiyyət üzrə diskriminasiya olduğunu təsdiq edib.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan üzrə 5 qərarını elan edib

İyunun 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan  şikayətlər üzrə 5 qərarını elan edib. Qərarlardan 4-ü dostca anlaşma əsasında elan edilib. Hökumət qərarlar üzrə 20 min avrodan artıq təzminat ödəməlidir. Bu barədə məlumatı Operativ.tv Turan-a istinadən yayıb.

aihmaz.org saytının məlumatına görə, jurnalist Fikrət İbişbəylinin şikayəti onun  məhkəməyə qədərki həbsilə bağlıdır. Ərizəçi həbsin əsassız olduğundan şikayət edib. 

İmran Xan: Hakimiyyətdən uzaqlaşdırılmağıma ABŞ səbəb oldu

İmran Xan Vaşinqtonun hakimiyyətdən uzaqlaşdırılmasında əsas rol oynadığını bəyan edib.

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xan, onun hakimiyyətdən uzaqlaşdırılmasında Vaşinqton əsas rol oynadığını bildirib.

Vəzifəsindən uzaqlaşmayacağı təqdirdə, hökumətində meydana gələcək nəticələr ilə təhdid edildiyini vurğulayan İmran Xan deyib:

Rəisi: Ukrayna müharibəsinə ABŞ və NATO-nun təxribatı səbəb oldu

İran prezidenti İbrahim Rəisi NATO-nun bölgədəki genişlənmə siyasətinə qarşı daim ayıq-sayıq olmaq lazım olduğunu bildirərək, ABŞ və NATO-nun Ukrayna müharibəsini təhrik etdiyini bildirib.

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Tehranda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edilib.

Əli Əliyevin həbs müddəti uzadıldı

Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə hökm oxunub və o, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, bu barədə hökm Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Yeni hüquq müdafiə qurumu yaranıb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, iyunun 22-də hüquq müdafiəçiləri, fəallar və siyasi məhbusların ailə üzvlərindən ibarət bir qrup onlayn görüş keçirib. Görüşün yekunlarına görə "Sərhədsiz Təqiblər və Repressiya Qurbanlarının Müdafiəsi Komitəsi" (STRQMK) yaradılıb.

Komitə Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu QHT-nin tərkibində fəaliyyət göstərəcək. Komitənin sədri vəzifəsinə Gürcüstanda siyasi mühacirətdə olan hüquq müdafiəçisi Avtandil Məmmədov seçilib.

Nəcəf Tibb institutunun tələbələri İmam Əli (ə) ziyarətgahında

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, İraqın Nəcəf şəhərində fəaliyyət göstərən Texniki Tibbi institutunun tələbələri tədris ilini yekunlaşdırarkən İmam Əli (ə) ziyarətgahına gəliblər.

Məlumata görə, Nəcəf ali təhsil ocaqlarında tədris ilini yüksək balla bitirən universitet tələbələri üçün bu cür xüsusi ziyarətlər təşkil olunmaqdadır.

Allahı tanımağın zərurəti (3-cü hissə)

Bağışlayan və Mehriban Allahın adı ilə
3-cü hissə
Sual: Niyə biz Allahı tanımalıyıq? Allahı tanımaq insan həyatına necə təsir edir? Bunu niyə araşdırmalıyıq? Allahı tanımağın nə əhəmiyyəti var? Hansı zərurət bizi kainatın mənşəyi haqqında düşünməyə vadar edir?
Qısa cavab:
Allahı tanımağa bizi vadar edən zərurətlər bunlardır: 
1. Kainatla tanışlıq istəyi
2. Minnətdarlıq və təşəkkür etmə hissi 
3. Xeyir və zərərlərimizin bu məsələ ilə bağlılığı 
4. Elmlər arasında Allahı tanıma elminin üstünlüyü

Səudiyyə Ərəbistanının vəliəhdi Camal Kaşıkçının qətlindən sonra ilk dəfə olaraq Türkiyəyə səfər edib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Türkiyədə rəsmi səfərdədir.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, o, ötən gün axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Ankarada rəsmi mərasimlə qarşılanıb.

Mərasimdən sonra liderlərin ikitərəfli görüşü başlayıb.