06 September 2022

Azərbaycan özünü Avropa Siyasi Birliyində görürmü?

Avropa liderləri Avropa Siyasi Birliyinin yaradılması üçün oktyabrın 6-da Praqada görüşəcəklər. "The Guardian" qəzetinin məlumatına görə, Avropa Birliyi (AB) sammitinə dəvət olunanlar arasında Gürcüstan, Ukrayna, Moldova kimi quruma üzvlük üçün müraciət edən bir çox ölkələr də var. Tədbirə üzv olmayan, üzvlük üçün müraciət etməyən ölkələr – Azərbaycan və Ermənistan da dəvət olunub.

Cinayətkar dəstənin “xaç ataları” azadlıqdadır - MTN işi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Özünü 12-ci İmam Mehdi kimi təqdim edən şəxs məhkəmədə ifadə verib

Özünü 12-ci imam kimi təqdim edib 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Operativ.tv Report-a istiadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ötən prosesdə ifadə verən zərərçəkmişin ifadəsinə münasibət bildirib.

Yəmənin cənubunda Əl-Qaidənin hücumu nəticəsində ölən hərbçilərin sayı 21-ə çatıb

Yəmənin cənubunda yerləşən Əbyən əyalətinin Əhvir rayonunda Əl-Qaidə silahlılarının ordu qüvvələrinin postuna hücumu nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə yerli hərbi mənbələr məlumat veriblər.

İsrail nüvə silahına görə İrana qarşı fəaliyyət azadlığını özündə saxladığını bəyan edib

İsrail İranın nüvə silahına çıxışının qarşısını almaq üçün ona qarşı sərbəst hərəkət etmək hüququnu özündə saxlayır. 

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu yəhudi dövlətinin baş naziri Yair Lapid bildirib.

Onun sözlərinə görə, bu, ABŞ prezidenti Co Baydenlə razılaşdırılıb. 

Liz Trass iqamətgahı qarşısında ilk dəfə çıxış edib

Liz Trass iqamətgahı qarşısında ilk dəfə çıxış edib.

Operativ.tv APA-nın Britaniya bürosunua istinadən xəbərinə görə, Böyük Britaniyanın yeni baş naziri “Dauninq Strit” küçəsindəki Baş nazir iqamətgahı qarşısında ilk dəfə çıxış edib.

O bildirib ki, Britaniya ictimaiyyəti dəfələrlə cəsarət və qətiyyət nümayiş etdirib və indi Ukrayna müharibəsinin həmçinin COVID virusunun yaratdığı qlobal problemlərlə üzləşir.

İraqda iranlı zəvvarları daşıyan avtomobil qəzaya düşüb, 1 nəfər ölüb

İraqda iranlı zəvvarları daşıyan avtomobil qəzası nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Operativ.tv APA-nın Tehran bürosuna istinadən məlumatına görə, qəza İraqın Misan vilayətinin Amara şəhərində baş verib.Qəzaya səbəb sürətlə hərəkət edən avtomobilin yoldan çıxaraq aşması olub.
Yaralılar xəstəxanaya yerləşdirilib.

Səudiyyə Ərəbistanı ilə ABŞ birgə hərbi hava təlimlərinə başlayıb

Səudiyyə Ərəbistanı ilə ABŞ arasında birgə hərbi hava təliminin başladığı açıqlanıb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, avqustun 13-də iki ölkənin hərbi qüvvələrinin iştirakı ilə Qırmızı dənizdə keçirilən birgə dəniz təlimi başa çatdığı üçün Kral Feysal Hava Bazasında hava təlimi başlayıb.

Türkiyədə fabrik partladı - Ölən və yaralananlar var

Türkiyənin Qaziantep şəhərində fabrikdə partlayış baş verib.

Operativ.tv Unikal-a istinadən məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub. Xəsarət alanların da olduğu deyilir.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadası cəlb olunub.

Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.

"Mehnur" mərkəzinin üç əməkdaşı ev dustaqlığına buraxılıb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Bakının Nizami rayon məhkəməsi çərşənbə günü "Mehnur" reabilitasiya mərkəzinin üç əməkdaşının ev dustaqlığına məhkum edilməsi haqqında təqdimatı təmin edib.

Müəssisənin rəhbəri Nuranə Hacızadə, onun köməkçisi Səbinə Əliyarbəyli və psixoloq Aytac Kazımlı barəsində bu qətimkan tədbiri seçilib.

Nizami Rayon Polis İdarəsində onlara qarşı CM-in 133-cü (işgəncə) maddəsi ilə cinayət işi açılıb.

Nüvə enerjisi İranın elektrik təchizatının 20%-ni təmin edəcək

Gələcəkdə İranda nüvə energetikası, texnoloqlar və innovativ şirkətlərlə əməkdaşlıq çərçivəsində, ölkədəki elektrik enerjisinin təxminən 20 faizini təmin edəcək.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AET) başçısı Məhəmməd İslami bildirib.

Ərbəin ziyarətinə qatılacaq xarici zəvvarların təxmini sayı açıqlanıb

 İran hökuməti mənbələri bu il ölkənin sərhəd keçidlərindən keçməklə Ərbəin ziyarətinə altı milyon civarında xarici zəvvarın gedəcəyini təxmin ediblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın daxili işlər nazirinin köməkçisi Məcid Mir-Əhmədi Ərbəin ziyarətinə hazırlıqlarla bağlı açıqlama verən zaman deyib.

Çində zəlzələdə ölənlərin sayı 65 nəfərə çatıb

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, Qardze-Tibet muxtar rayonunda dağıntılar altından 37 nəfərin meyiti çıxarılıb, daha 12 nəfər itkin düşmüş sayılır.

Yaan və Qardze-Tibetdə 248 nəfər xəsarət alıb. Onların 60-dan çoxunun vəziyyəti ağırdır.

"İran sazişin mətnindəki qeyri-müəyyənlikləri və boşluqları qəbul etməyəcək!"

Vyana danışıqlarında İran nümayəndə heyətinin müşaviri vurğulayıb ki, İran sazış layihəsindəki qeyri-müəyyənlikləri və boşluqları qəbul etməyəcək.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Məhəmməd Mərəndi öz rəsmi Tvitter səhifəsində yazıb:

"Borrell ABŞ-ın müttəfiqidir və unudur ki, səbəbi Qərbin nüvə sazişini pozması və İranın ona tam əməl etdiyi şəraitdə belə İran vətəndaşlarını hədəf alan maksimum təzyiq sanksiyalarıdır". 

Bu gün ÇL-nın qrup mərhələsinə start veriləcək

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İngiltərə nəhəngi "Çelsi"ni sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Təmkini tabutun açılmasına icazə vermədən dəfn ediblərmiş - "Tərtər işi"

“Tərtər işi”ndə hərbçi Təmkin Nizamioğlunun da işgəncələr nəticəsində öldüyü istintaq tərəfindən sübuta yetirilib. Belə ki, onun meyiti ekshumasiya edilib və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə bu hal təsdiq olunub.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, leytenant Təmkin Nizamioğlu Tərtərdə “N” saylı hərbi hissədə çalışıb. Aprel döyüşlərinin iştirakçısı olub.

Milyonların izlədiyi müsəlman futbol ulduzu və xüsusi bacarığı

Milyonların izlədiyi Şah Hüzeyb adlı müsəlman futbolçu özünün 400-dən artıq fəndi yerinə yetirmək bacarığı sayəsində beynəlxalq platformalarda təmsil olunub.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, 2016-cı ildə Kəşmirdə baş vermiş zorakılıq dalğaları və siyasi qeyri-stabillikdən sonra futbol ustalığı onun həyatının bir parçasına və işinə çevrilib.

Daimi komendant saatları 19 yaşlı gənci evdə qalmağa məcbur edib.

Kabildə Rusiya səfirliyinə hücumu İŞİD üzərinə götürüb

Əfqanıstanın paytaxtı Kabildə Rusiyanın səfirliyi qarşısında törədilən partlayışı İŞİD üzərinə götürüb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir.

Məlumata görə, terror təşkilatı sosial şəbəkələrdəki hesabları üzərindən Rusiya səfirliyinin bir kamikadze ilə hədəfə alındığını açıqlayıb.

"Wolt" şirkəti ilə narazı olan kuryerlər mətbuat konfransı keçirib

Operativ.tv Amerikanın Səsi-nə istinadən xəbər verir ki, sentyabrın 5-də Demokratiya-1918 təşkilatının İşçi Masası və "Wolt" çatdırılma xidmətinin kuryerləri birgə mətbuat konfransı keçirib.

Konfransda avqustun 31-də başladılan baykotun səbəbləri, kuryerlərin şirkətdən tələbləri haqqında danışılıb.

'Bilirdim ki, işgəncə ilə boynuma qoyacaqlar...'

 

Operativ.tv Azadlıq Radiosu-na istinadən xəbər verir ki, Müsəlman Birliyi Hərəkatının üzvü Elşən Abbasov deyir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının masanın üstünə qoyduğu narkotiki üzərinə götürməkdən başqa əlacı yox idi. Onun sözlərinə görə, bundan öncə də sifarişlə həbs edilib və razılaşmayacağı halda, başına gələcəklərini ehtimal edirdi. İnanclı fəal bunu Gəncə Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib.