09 September 2022

Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Operativ.tv Report-a istinadən məlumatına görə, açılış matçında "Turan Tovuz" evdə "Kəpəz"i qəbul edib. Tovuz şəhər stadionunda oynanılan Qərb derbisi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Tovuz təmsilçisindən hər iki qolu Runi Eva vurub. 39-cu dəqiqədə hesabı açan kamerunlu hücumçu 77-ci dəqiqədə penaltidən fərqlənməklə son nöqtəni qoyub.

İsrailin hücumuna məruz qalan Hələb hava limanı bu gün işini bərpa edir

Bir neçə gün öncə İsrailin hava zərbələrinə məruz qalan hava limanının işi bu gün bərpa edilir.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Suriyanın Nəqliyyat Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, Hələbin Beynəlxalq hava limanı bu gün günortadan etibarən uçuşları bərpa edəcək.

İsrail qüvvələrinin maneələrinə baxmayaraq əl-Əqsa məscidində 60 min fələstinli cümə namazı qılıb

İşğal altında olan Qüdsün Qədimi şəhərinin qapıları və girişlərində İsrail qüvvələrinin tətbiq etdiyi sərt hərbi tədbirlərə baxmayaraq, on minlərlə fələstinli mübarək Əl-Əqsa məscidində cümə namazı qılıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Qüdsdə İslami Vəqf İdarəsi məlumat yayıb.

Cəlilabad Dövlət Arxivinin müdiri rüşvət alarkən tutulub

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon Dövlət Arxivinin müdiri İskəndərov Toğrul Çapar oğlu xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb. Məlumatı Operativ.tv APA-ya istinadən verir. 

Qərbin enerji maraqlarına qurban verilən növbəti qərar

Bir neçə ay öncə media azadlıqları haqqında qanun qəbul edildikdə Qərbin demokratik dəyərlərə əsaslanan media görmək arzuları üçün cəhdləri uğursuz atılan bir neçə atəşdən başqa bir şey olmadı. Qərbin dəstəkləyəcəyi demokratiyanın Qərb özü istəmədən gəlməyəcəyi fikri hələ o zaman səslənsə də, bir çox demokratiya həvəsində olub, Qərbə ümid bəsləyənlər üçün bu fikir artıq bir fakta çevrildi. Media haqqında mövcud qanunun vəziyyəti elə vəziyyət olaraq da qaldı.

İngiltərə çempionatının oyunları II Elizabetin ölümünə görə təxirə salınıb

Futbol üzrə İngiltərə Premyer Liqasının VII turunun oyunları təxirə salınıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu qərar Kraliça II Elizabetin vəfatı ilə əlaqədar qəbul olunub.

Qarşılaşmaların yeni tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, sentyabrın 8-də Böyük Britaniya tarixində ən uzun müddət taxtda olan Kraliça II Elizabet 96 yaşında ikən vəfat edib. Böyük Britaniyanın yeni kralı 73 yaşlı şahzadə Çarlz olub.

Alimlərin iştirakı ilə Alulbeytdə kitab təqdimatı

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Cavad Şəhristaninin dəvətilə Alulbeytin Ofisində Qum Elmi Hövzəsinin bir qrup alimi fundamental tədqiqat mövzusunda dəyərli bir kitabın təqdimatında iştirak ediblər.

“Əl-Paxu əl-Əsuliyyə” adlı kitabla tanış olan alimlər Ayətullah Cavad Şəhristani ilə bu haqda müzakirə aparıblar.

Bakıda Azərbaycan, İran və Rusiya birgə bəyannamə imzaladılar

Operativ.tv Az.shafaqna.com-a istinadən məlumatına görə, sənədi Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksandr Novak, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi imzalayıb.

Tərəflər dəhlizin inkişafı kontekstində Azərbaycan, Rusiya və İran ərazilərində nəqliyyat və tranzit məsələlərinin və prosedurların həlli üçün işçi qrupun yaradılmasının vacibliyini vurğulayıb və bir ay ərzində birinci iclası keçirmək niyyətində olduqlarını bildirib.

İran ərəb dövlətlərinin üç adanın mülkiyyəti ilə bağlı bəyanatına münasibət bildirib

İran Fars Körfəzində yerləşən “Əbu-Musa”, “Tonb əl-Kubra” və “Tomb əs-Suğra” adalarının ona məxsus olduğunu bildirib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

"Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədov məhkəmədə özünü təqsirli bilməyib

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə istintaqı başlayıb.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü proses təyin olunduğu vaxtdan gec başlayıb.

Buna səbəb Rasim Məmmədovun vəkillərinin məhkəməyə gəlməməsi olub.

Pakistanın keçmiş Baş naziri İmran Xana qadın hakimi hədələmək ittihamı irəli sürüləcək

Operativ.tv Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Pakistan məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xana qadın hakimi hədələmək ittihamı irəli sürəcək.

70 yaşlı müxalifət lideri təqsirli bilinərsə, 6 ay həbsdə qala bilər. Bu, həmçinin Pakistanın seçki qanunlarına əsasən onun 5 il müddətinə milli siyasətdən kənarlaşdırılmasına səbəb olacaq.

ABŞ Maliyyə Nazirliyi Rusiyaya dron satışına görə İran şirkətlərinə sanksiya tətbiq edib

Operativ.tv Amerikanın Səsi-nə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi cümə axşamı Moskvanın Ukraynaya qarşı müharibəsində istifadə etmək üçün keçən ay Rusiyaya pilotsuz təyyarələr göndərməkdə iştirak etdiyini iddia etdiyi dörd İran şirkətinə qarşı sanksiyalar tətbiq edir.

Rusiya rəsmisi: "Şimal-Cənub dəhlizi ilə bağlı təkliflər hazırlanmalıdır"

"Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiya, Azərbaycan və İranın üçtərəfli əməkdaşlıq siyasətinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".

Operativ.tv Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Bakıda Azərbaycan və İran rəsmiləri ilə keçirdiyi görüşdə deyib.

Rusiya qazı yenidən Latviyaya daxil olmağa başladı

Rusiya təbii qazı yenidən Latviyaya daxil olur.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə “Conexus Baltic Grid” şirkətinin rəsmisi Datse Baltabola bildirib.

“Qaz xammalı Luxamaadakı şəbəkələrarası birləşmədən daxil olur”, – deyə o qeyd edib.

Xatırladaq ki, iyul ayının sonunda “Qazprom” qaz seçimi şərtlərinin pozulması ilə əlaqədar olaraq Latviyaya tədarükü dayandırmışdı.

Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi Bakıda səfərdədir

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıda səfərdədir.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Laçın və Kəlbəcərdə Ordumuzun mövqeləri atəşə tutulub

Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.