12 September 2022

Azərbaycan güləşçisi erməniyə qalib gələrək dünya üçüncüsü olub

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Operativ.tv Report-a istinadən məlumatına görə, 63 kq-da yer alan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb.

Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Hizbullah: İran Livan xalqının həqiqi dostudur

Livan Hizbullahının İcraiyyə Şurasının sədri deyib: İran İslam Respublikası Livan xalqının həqiqi dostudur və indiyədək Livan xalqına kömək üçün müxtəlif təkliflər irəli sürüb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Seyid Haşim Səfiuddin dünən (bazar) çıxışında deyib: “İran sənaye, elektrik enerjisi istehsalı və digər sahələrdə güclü ölkədir və Livanlılara kömək etmək üçün qapılarını açan əsl dostdur".

Zimbabvedə müxalifət liderinin avtomobilinə bombalı hücum edildi

Zimbabvedə ana müxalifət partiyası, Vətəndaşların Dəyişiklik Koalisiyasının lideri Nelson Çamisanın korteci naməlum şəxslər tərəfindən silahlı və bombalı hücuma məruz qalıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, Çamisanın avtomobil korteci Çinhoyi şəhərindəki Qadzema stadionunda keçirilən partiyanın mitinq sahəsinə daxil olduğu zaman partladıldığı iddia edilib. 

Mitinq ərazisində çaxnaşmaya səbəb olan partlayışda ölən və yaralanan olmayıb.

Qarabağda atışma və Yerevanın Zəngəzur dəhlizini müzakirə etməkdən imtinası

Operativ.tv Turan-a istinadən xəbər verir ki,  Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfin bazar ertəsi Azərbaycan SQ-nin Qırmızı Bazar qəsəbəsini və Qarabağın Xocavənd rayonunun (keçmiş Martunin rayonu) Taqavard kəndini atəşə tutması barədə məlumatlarını təkzib edib.

İctimaiyyət nümayəndələri Zeynallının və Sadıqovun işini müzakirə ediblər

Operativ.tv Turan-a istinadən xəbər verir ki, sentyabrın 12-də Müsavat Partiyasının qərargahında həbs olunan jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbsi, onların müsafiəsi ilə bağlı konfrans keçirilib.

Tədbirdə Pənah Hüseynov və Bəxtiyar Hacıyev bəyanatlar səsləndiriblər.

Müharibə iştirakçıları aksiya keçirib

Operativ.tv Turan-a istinadən xəbər verir ki, İkinci Qarabağ müharibəsi zamanı səfərbərliklə hərbi hissələrə cəlb olunmuş şəxslər Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyasını keçirib. Onlar "müharibə iştirakçısı" statusunun verilməməsindən şikayətçidirlər.

Aksiya iştirakçıları bildirib ki, müharibə zamanı könüllü kimi müraciət edərək səfərbərliklə müxtəlif hərbi hissələrə cəlb olunublar.

“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

Operativ.tv Az.shafaqna.com-a Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib. Qəbələdə eyniadlı komandanı 2:1 hesabı ilə məğlub edən “ağ-qaralar” rəqib meydanındakı qol sayını 600-ə çatdırıb.

Matçda dubla imza atan Ataa Caberin ikinci qolu yubiley xarakteri daşıyıb. Paytaxt təmsilçisi “600”ə səfərdəki 423-cü oyununda çatıb. 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısı olan “Neftçi” rəqib meydanındakı qol sayında mütləq rekordçudur.

ABŞ Yəməndə atəşkəsin daha altı ay uzadılmasını istəyib

ABŞ-ın rəsmi nümayəndəsi Yəməndə husilərin dəstəklədiyi hökumətlə Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi hökumət arasında atəşkəs rejiminin daha altı uzadılmasını istəyib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Yəməndəki nümayəndəsi Timoti Linderkinq Əl-Cəzirə telekanalına deyib.

Rasim Məmmədov: "Əvəz Zeynallı məni dəfələrlə hədələyərək şantaj edib"

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Operativ.tv Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova- Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

ABŞ Qarabağ müharibəsindən zərər çəkmiş ərazilərin minalardan təmizlənməsinə 2 milyon dollar ayırıb

ABŞ Ermənistan-Azərbaycan münaqişəsindən zərər çəkmiş ərazilərdə minalardan təmizləmə əməliyyatları üçün 2 milyon dollar ayırır.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə bazar günü ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında deyilir.

İran saxladığı Yunanıstana məxsus iki tankerin dənizçilərini azad edəcək

İran bu ilin may ayının sonunda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Fars körfəzində saxlanılan Yunanıstana məxsus iki tankerin ekipaj üzvlərini tezliklə azad edəcək.

Operativ.tv Report-a istinadən xəbər verir ki, İran hökuməti tərkibi açıqlanmayan Yunanıstan nümayəndə heyətinin səfərindən sonra “Delta Poseidon” və “Prudent Warrior” tankerlərinin ekipaj üzvlərinin geri qaytarılmasına razılıq verib.

Əmir Abdullahian: İran daima Yəmən xalqını dəstəkləyib

İranın xarici işlər naziri Ənsarullah Hərəkatının sözçüsü və Yəmənin Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun rəhbəri ilə görüşdə, İran İslam Respublikasının həmişə Yəmən xalqının iradəsini dəstəklədiyini vurğulayıb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatının sözçüsü və Yəmənin Milli Qurtuluş hökumətinin danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdül Salam bazar günü Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Baş Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı məlumat yaydı

Mediada yayımlanmış məlumatlar və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Operativ.tv xəbər verir ki, sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.