13 September 2022

Ermənistanda Paşinyanın impiçmenti tələbi ilə etiraz aksiyası başlayıb

Ermənistanda baş nazir Nikol Paşinyanın impiçmenti tələbi ilə etiraz aksiyası başlayıb .

Operativ.tv Unikal-a istinadən xəbər veirir ki, nümayişçilər sentyabrın 14-ü səhər saat 8-dən parlament binasının bütün girişlərini bağlamaq niyyətindədirlər.

Onların bəziləri də Milli Məclisin binasının yaxınlığında gecələmək qərarına gəliblər.

"Sportinq" "Tottenhem"ə qalib gəldi

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 7 görüşdən 2-si artıq yekunlaşıb.

C qrupunda İtaliya "İnter"i Çexiyada "Viktoriya" (Plzen) komandasını 2 cavabsız qolla məğlub edib. 20-ci dəqiqədə Edin Dzeko, 71-ci dəqiqədə Denzel Dumfris fərqlənib.

ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Riker Bakıya gəlib

Operativ.tv Turan-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi, səfir Filip Riker Bakıya gəlib.

ABŞ-ın Bakıdakı səfirliyinin saytındakı məlumatda deyilir ki, sentyabrın 13-14-də o, Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhə nail olunması üçün ABŞ-ın diplomatik səylərini müzakirə edəcək.

Xatırladaq ki, ötən həftə Riker analoji missiya ilə Yerevana gedib.

Müxalifət "Siyasi partiyalar haqqında"alternativ qanun layihəsini hazırlayacaq

Operativ.tv Turan-a istinadən xəbər verir ki, çərşənbə axşamı Azərbaycan Xalq Cəbhəsi  və Müsavat partiyaları ötən gün hakimiyyət tərəfindən parlamentə təqdim olunan “Siyasi partiyalar haqqında” qanun layihəsilə bağlı vətəndaş cəmiyyəti və mətbuat nümayəndələrinin iştirakı ilə dinləmələr keçirib.

MN: Ordumuzun mövqeləri artilleriya atəşinə tutulub

Operativ.tv APA-ya istinadən xəbər verir ki, sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub.

İraqda xarici zəvvarların mikroavtobusu yanacaq maşını ilə toqquşub, ölənlər var

İraqın Babil əyalətində içində əksəriyyəti iranlı zəvvarlar olan mikroavtobusla yanacaq maşını toqquşub.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Babil əyalətinin Yol polisi məlumat yayıb.

Bildirilib ki, xarici zəvvarların olduğu mikroavtobus yanacaq daşıyan maşınla toqquşub. Burada 11 nəfər ölüb və yeddi nəfər yaralanıb.

Mövlam Şixəliyevin vəkili məhkəmədən generala bəraət verilməsini xahiş edib

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.

Operativ.tv Report-a istinadən məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Murad Məmmədov təsəlliverici qarşılaşmada Justas Petraviçyusu (Litva) məğlub edib.

Məmmədov bürünc medal uğrunda Fumita Keniçiro (Yaponiya) ilə görüşəcək.

ABŞ Səudiyyə Ərəbistanında hərbi baza yaratmağı planlaşdırır

ABŞ-ın yeni hərbi texnologiyaların sınaqdan keçirilməsi üçün Səudiyyə Ərəbistanında baza yaratmağı planlaşdırdığı bildirilib.

 

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Səudiyyə Ərəbistanında innovativ hərbi texnologiyaların sınaqdan keçirilməsi üçün mərkəzin yaradılması üzərində çalışdığını təsdiqləyib.

CENTCOM-un sözçüsü polkovnik-leytenant David Eastburn açıqlamasında bildirib:

ABŞ-ın neft ehtiyatı azalıb

ABŞ-ın strateji neft ehtiyatları 434,1 milyon barelə qədər azalıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ Energetika Nazirliyinə istinadən məlumat yayıb.Bildirilib ki, bu, 1984-cü ildən bəri ən aşağı göstəricidir. Neft ehtiyatları son bir həftə ərzində 8,4 milyon barel azalıb.

“Müdafiə Xətti”nin həmtəsisçisi Böyük Britaniyanın Xarici İşlər nazirliyinin Mərkəzi Asiya və Şərqi Avropa ofisinin rəhbəri ilə görüşüb

“Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbər Böyük Britaniyanın Xarici İşlər nazirliyinin Mərkəzi Asiya və Şərqi Avropa ofisinin rəhbəri xanım Katie Dunn ilə görüşüb. Bu barədə Zaur Əkbər sosial media üzərindən paylaşımda yazıb.

Apellyasiya Məhkəməsi Əvəz Zeynallın azad etməyib

Operativ.tv Turan-a istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsi “Xural” TV Youtube kanalının rəhbəri Əvəz Zeynallının həbsilə bağlı şikayəti təmin etməyib.

Məhkəmə həmçinin həbsin alternativ qətimkan tədbirilə əvəzlənməsi və ya zaminə buraxılma ilə bağlı müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.

Azərbaycan səfiri İran XİN-in rəsmisi ilə görüşdü

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Xarici İşlər Nazirliyinin sözçüsü və ictimai diplomatiya mərkəzinin sədri Naser Kənani ilə görüşüb.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.

Tərəflərin hansı məsələləri müzakirə etdiyi barədə məlumat verilməyib.

İran: Təl-Əvivi vura biləcək PUA hazırlamışıq

İran Ordusu Quru Qoşunlarının komandanı briqada generalı Kiyumers Heydəri Təl-Əviv və Hayfa şəhərlərini hədəf almaq üçün hazırlanmış “Aras-2” pilotsuz uçuş aparatı ilə bağlı açıqlama verib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran Ordusu Quru Qoşunlarının komandanı briqada generalı Kiyumers Haydari dünən axşam dövlət televiziya kanalında ölkədə keçirilən son hərbi təlimlə bağlı açıqlama verib.

Dövlət Departamenti Əvəz Zeynallı və Elçin Sadıqovun həbsini "diqqətlə izləyir"

Operativ.tv Turan-a istinadən xəbər verir ki: "Biz Əvəz Zeynallı və Elçin Sadıqovun həbsini diqqətlə izləyirik" - deyə Dövlət Departamentinin nümayəndəsi Bazar ertəsi TURAN-ın Azərbaycanda  hökumət tərəfindən görkəmli tənqidçilərinin son həbsini şərh etmək xahişinə cavab olaraq bildirib.

Azərbaycanın “Qətiyyətli cavab” əməliyyatı: Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir

“Səhər saat 9:15-də Azərbaycan Ordusunun “Qətiyyətli cavab” əməliyyatı uğurla başa çatıb. Ən qısa müddətdə, ən yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirilib (mülki obyektlərə ziyan dəyməyib). Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazım olacaq”.

İran XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib

İran Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib.

Operativ.tv Report-a istinadən xəbərinə görə, nazirliyin rəsmi nümayəndəsi Naser Kənani deyib ki, rəsmi Tehran iki ölkə sərhədindəki gərginlikdən narahatdır.

“Tərəflər təmkinli olmaldır. Gərginlik sülh və beynəlxalq hüquq əsasənda həllini tapmalıdır”, - o söyləyib.

Onilliyin 11 bombardiri açıqlanıb

XXI əsrin üçüncü onilliyinin ən yaxşı bombardirləri açıqlanıb.

Operativ.tv Apasport.az-a istinadən xəbər verir ki, İFFHS-in cədvəlinə Robert Levandovski başçılıq edir.

100 qol vuran polşalını Kilian Mbappe izləyir. Fransalının aktivində 87 top var. Erlinq Haland 79 qolla 3-cüdür.

Ən yaxşı “11-lik”də Kriştiano Ronaldo və Lionel Messi də var. Onlar liderlərdən çox geri qalır.

Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb

Operativ.tv APA-ya istinadən xəbər verir ki, sentyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinq verib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verilib.