17 September 2022

Seyid Həsən Nəsrullah Ərbəin günü ilə bağlı çıxış edib

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Ərbəin Günü ilə bağlı çıxış edib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraqda Ərbəin mərasiminə milyonlarla ziyarətçinin qatıldığını qeyd edən Nəsrullah, Əhli-beyt aşiqlərinin Ərbəin günü Kərbəlada belə sıx iştirakını “İmam Hüseynə (ə) məhəbbət əlaməti” kimi qiymətləndirib.

Həsən Nəsrullah İordan çayının qərb sahilindəki son hadisələrlə bağlı deyib:

Ənsarullah sözçüsü Seyid Həsən Nəsrullahla görüşüb

Livan Hizbullah hərəkatının ictimaiyyətlə əlaqələr ofisi Yəmənin Ənsarullah Hərəkatının sözçüsü "Məhəmməd Əbdüssəlam"ın Hizbullahın baş katibi "Seyid Həsən Nəsrullah" ilə görüşdüyünü açıqlayıb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, açıqlamaya əsasən, iki tərəf regiondakı son siyasi prosesləri, xüsusilə Yəməndəki hadisələri müzakirə ediblər.

Ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir

Operativ.tv İRNA-ya istinadən xəbər verir ki, İranın prezidenti regionda beynəlxalq, tarixi və geosiyasi sərhədlərin dəyişdirilməsinin qəbuledilməz olduğuna diqqət çəkərək: “Bizim regiondakı siyasətimiz ölkələrin taleyini özlərinin müəyyən etməsinə və onların milli suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmasına əsaslanır”-deyib.

Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Rumıniyanın Mamaya şəhərində 14, 16 və 18 yaşlılar arasında şahmat üzrə dünya birinciliyi keçirilib.

Operativ.tv Azərbaycan Şahmat Federasiyasından “Az.shafaqna.com”-a istinadən verilən məlumatına görə, Ayan Allahverdiyeva 18 yaşlı qızların yarışında gümüş medal qazanıb.

Nərmin Abdinova, Şiroğlan Talıbov və Xəzər Babazadə müxtəlif kateqoriyalarda ilk onluqda qərarlaşıb.

Kərbəlada Ərbəin ziyarətində rekord rəqəm qeydə alınıb, zəvvarların sayı 21 milyonu keçib

Kərbəlada Ərbəin ziyarəti tarixində ən böyük rəqəm qeydə alınıb. Bu il ziyarətə 21 milyondan çox zəvvar qatılıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İmam Hüseynin Ziyarətgahı İdarəsinin Baş Katibliyi bəyanat verib.

Bəyanatda bildirilib ki, bu ilin Ərbəin ziyarətinə 21,198,640 nəfər qatılıb.

Hacı Əliyev mübarizəyə başlayır

 

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi mübarizəyə başlayacaq. 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov 1/8 final mərhələsində Reza Ahmadali Atreqanarçi (İran) / Beşir Alili (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Demokratik Təşəbbüslər İnstitutu Azərbaycanda ifadə azadlığının vəziyyətində irəliləyişin olmadığını bildirir

Azərbaycanda ifadə azadlığının vəziyyətində irəliləyiş yoxdur. Bu barədə Azərbaycan Demokratik Təşəbbüslər İnstitutu qeyri-hökumət təşkilatının araşdırmasında deyilir.

Operativ.tv Turan-a istinadən xəbər verir ki, institut “Azərbaycanda ifadə azadlığının vəziyyətinə dair” araşdırma sənədi hazırlayıb. Araşdırmada 2021-ci il üçün vəziyyət təhlil edilib.  

İraq Ərbəin ziyarətinin təhlükəsizlik şəraitində başa çatmaq üzrə olduğunu bildirib

“Ərbəin ziyarətinin təhlükəsizlik tədbirləri planı İŞİD-in bütün təxribatlarını məhv etdi. Ərbəin ziyarəti başa çatmaq üzrədir və zəvvarlar Kərbəladan əks istiqamətlərdə geri dönürlər.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İraq Ordusunun Birgə Əməliyyatlar Komandanlığının sədr müavini polkovnik Əbdüləmir Əl-Şimməri deyib.

MN: Ermənistan təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Operativ.tv bu barədə SalamNews-a istinadən Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbçisi şəhid olub, şəhidlərin sayı 79-a çatıb

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbi qulluqçusu şəhid olub.

Operativ.tv bu barədə Report-a istinadən Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 79-a çatıb.

Ayətullah Xamenei Ərbəin əzadarlığı mərasiminə qatılıb

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün Tehranda Ayətullah Xomeyni adına (r.ə) Hüseyniyyədə keçirilən “Ərbəin əzadarlıq mərasimi”nə qatılıb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, mərasim ölkənin bütün bölgələrindən gəlmiş tələbə heyətlərinin iştirakı ilə keçirilib.     

Türk güləşçi dünya çempionu olub

Türk idmançı Taha Akgül Belqradda keçirilən güləş üzrə dünya çempionatının qalibi olub.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan Taha Akgül finalda monqolustanlı Lkhagvagerel Munkhturu 6-2 hesabı ilə məğlub edərək karyerasında üçüncü dəfə dünya çempionu adını qazanıb.

Taha Akgül bundan əvvəl 2014-cü və 2015-ci illərdə dünya çempionu olub.

Əsgərimiz həlak oldu

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.

Operativ.tv bu barədə Unikal-a istinadən Baş Prokurorluqdan məlumat verilib.

Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.

Mariya Zaxarova Avropa İttifaqına çağırış etdi

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Rusiya Avropa İttifaqı ölkələrini Ukraynadan taxılın yoxsul ölkələrə çatdırıldığını sübut edəcək cədvəl dərc etməyə çağırıb.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova həftəlik mətbuat konfransında Ukraynadan taxıl daşınması və taxıl müqaviləsi ilə bağlı açıqlamalar verib.

Köln Əhli-Beyt məscidinin İmamı: “Ərbəin günü şəhidlərimizi unutmuruq”

Az.shafaqna.com Ərbəin ziyarətində iştirak edən Almaniyanın Köln şəhərinin Əhli-Beyt məscidinin İmamı Seyid Mirbaqir Ağayevdən müsahibə alıb.

Bismilləhir Rəhmanir Rəhim.

Kərbəla şəhərindən – İmam Hüseynin (ə) hərəminin yanından Ərbəin günü münasibətilə bütün dünya şiələrinin adından burada dualar edirik.

Dövlət katibinin müavini: "İranın nüvə sazişi üzrə danışıqlar dalana dirənib"

İranla nüvə sazişinin tam bərpasına dair danışıqlar dalana dirənib.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman "The Washington Post" qəzetinə müsahibəsində deyib.

"Biz çıxılmaz vəziyyətdəyik - o mənada ki, danışıqların son raundunda İran bizə sərt cavab verdi. Bu, bizim üçün qəbuledilməzdir", - Şerman bildirib.

Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib

Naxçıvanda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Operativ.tv bu barədə Report-a istinadən Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətlərini davam etdirir.

Tacikistan sərhədində yaralanan Qırğızıstan vətəndaşlarının sayı 103-ə yüksəlib

Tacikistanla sərhəddə toqquşmalar zamanı xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatıb.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralılardan onlardan 5-i ambulator müalicəyə göndərilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərin əsasən bədənin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var.