20 September 2022

Abdullahiyan: ABŞ timsah göz yaşları tökmək əvəzinə iqtisadi terrora son qoysun

İranın xarici işlər naziri Vaşinqtonun insan haqları ilə bağlı baxışını tənqid edərək deyib: Amerika timsah göz yaşları tökmək əvəzinə iqtisadi terrora son qoymalıdır.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran XİN rəhbəri bunu tvitter səhifəsində yazıb.

Nyu Yorkda İran prezidentinin yanında və BMT-nin mənzil-qərargahında olan Huseyn Əmir Abdullahiyan belə yazıb:

Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək.

Operativ.tv Report-a istinadən xəbər verir ki, sınaq matçında rəqib Premyer Liqada çıxış edən “Şamaxı” olacaq.

Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.

Türkiyə və Yunanıstan arasında ərazi mübahisələri səbəbindən gərginlik artır

NATO üzvü olan Türkiyə və Yunanıstan arasında ərazi mübahisələri səbəbindən gərginlik artır. Bəzi təhlilçilər daxili siyasətin gərginliyi gücləndirdiyi barədə xəbərdarlıq edir və Ukrayna münaqişəsinə diqqət yetirən Qərb müttəfiqlərinin vasitəçilik səyləri göstərdiyinə dair az əlamət olduğunu deyir. Məlumatı Operativ.tv Amerikanın Səsi-nə istinadən verir.  

Taxıl daşıyan daha 8 gəmi Ukraynadan yola düşüb

Operativ.tv Az.shafaqna.com-un verdiyi xəbərə görə, taxıl daşınması çərçivəsində daha 8 gəmi Ukrayna limanlarından yola düşüb.

Türkiyə Milli Müdafiə Nazirliyi taxıl daşımaları çərçivəsində daha 8 gəminin Ukrayna limanlarından yola düşdüyünü bildirib.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, taxıl daşınması çərçivəsində bu gün üçün planlaşdırılan daha 8 gəmi Ukrayna limanlarından yola düşüb.

Van İ: Çin və ABŞ arasında “yeni soyuq müharibənin” başlaması bütün dünya üçün fəlakət olacaq

Çinin xarici işlər naziri Van İ Nyu-Yorkda ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşü zamanı deyib ki, Çin Xalq Respublikası ilə ABŞ arasında “yeni soyuq müharibə”nin başlaması təkcə iki ölkə üçün deyil, bütün dünya üçün fəlakət olacaq.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Dini ibadət yerlərinə təyinat alan şəxslərin adları açıqlanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 24 may 2022-ci il tarixində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq 39 vakant vəzifənin tutulması üçün elan edilən müsahibədə 251 nəfər namizəd arasında ən yüksək bal toplayaraq təyinat alan din xadimləri ilə görüş keçirilib.

Tehran meri: “Etiraz aksiyasında 3 xarici vətəndaş həbs olunub”

Ötən gün Tehranda baş verən etiraz aksiyasında 3 xarici vətəndaş həbs olunub.

Operativ.tv APA-nın Tehran bürosunun məlumatına istinadən xəbərinə görə, bunu Tehran meri Möhsün Mənsuri deyib.

O bildirib ki, son günlər baş verən etiraz aksiyalarında Tehrandakı etiraz aksiyalarında xarici müdaxilə və Tehrandakı səfirliklərin müdaxilə izlərinə rast gəlinib.

Ötən gün keçirilən aksiyalarda 3 xarici vətəndaş saxlanılıb.

O saxlanılan şəxslərin hansı ölkənin vətəndaşı olduğunu açıqlamayıb.

İran ABŞ sanksiyalarından əziyyət çəkən Livana yanacaq tankerləri göndərir

İran, ölkənin elektrik stansiyalarının istismarına kömək etmək üçün bir-iki həftə ərzində yanacaqla dolu gəmiləri Livana göndərməyə hazır olduğunu açıqlayıb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə İranın Beyrutdakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, “İran yanacağı ilə yüklənmiş tankerlər bir-iki həftə ərzində Livana doğru üzmək və Livan tərəfinin göstərdiyi limanda yan almağa hazır olacaq”.

Çin: ABŞ təxribatlarından əl çəkməlidir!

Ağ Ev administrasiyası Tayvan boğazında sülh və sabitliyi pozacaq açıqlama və təxribatlardan çəkinməlidir.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ prezidentinin Tayvanla bağlı açıqlamasını şərhində deyib.

O bildirib ki, ABŞ Tayvanın müstəqilliyini müdafiə edənlərə yanlış ismarış göndərməməlidir:

“Tayvanla sülh yolu ilə birləşmək üçün müəyyən addımlar atmağa hazırıq”.

Əli Həsənovun qardaşı oğlu gömrükdə işdən çıxarıldı

Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb.

DGK-nın sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Əməliyyat və İstintaq Baş İdarəsində əməliyyat idarəsinin rəis müavini, polkovnik Anar Həsənov işdən çıxarılıb.

Onun son dövlər Gömrük Komitəsində başlanılan genişmiqyaslı cinayət işi ilə əlaqədar çıxarıldığı bildirilir.

Azərbaycan Ermənistanın 95 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib

Operativ.tv APA-ya istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib.

Sosial şəbəkələrdə islamofob məzmunlu paylaşımların 86%-i 3 ölkənin sakinləri tərəfindən dərc olunur

Avstraliya ictimai təşkilatının araşdırmasına görə, qlobal miqyasda sosial mediada İslamofob məzmunlu paylaşımların ən böyük payı cəmi 3 ölkənin sakinləri tərəfindən dərc olunur. Bu barədə Operativ.tv Sirat.az-a istinadən xəbər verir.

Bildirilir ki, sosial şəbəkələrdə İslam əleyhinə məzmunun 86%-i ABŞ, Böyük Britaniya və Hindistandan olan istifadəçilər tərəfindən paylaşılıb.

Rusiya qazı Azərbaycan vasitəsi ilə İrana svop ediləcək

Tezliklə Rusiya qazının Azərbaycan vasitəsi ilə İrana svop edilməsi sazişi icra olunacaq.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu, İranın Neft Nazirliyinin İranın Milli Neft Şirkəti ilə Rusiyanın "QazProm" şirkəti arasında 40 milyard dollar dəyərində imzalanan saziş çərçivəsində Rusiya qazının satın alınması və svop edilməsi haqda yaydığı məlumatda öz əksini tapıb.

Məlumata görə, Azərbaycan vasitəsi ilə gündəlik 15 milyon kubmetr qaz İrana svop ediləcək.

Səbuhi Səlimovun məhkəmə prosesi keçiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə inanclı Səbuhi Səlimovun məhkəmə iclası davam edəcək. İclas saat 15:00-a təyin edilib. Xatırladaq ki, S.Səlimov ötən ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Əvəz Zeynallının məhkəməsi təxirə salındı

Xural TV-nin rəhbəri Əvəz Zeynallının bu günə nəzərdə tutulan məhkəməsi təxirə salınıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib. 

O bildirib ki, Ə.Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı verdikləri vəsatətə sabah saat 16:00-da Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev sədrlik etdiyi iclasda baxılacaq.

Səkkiz partiyalı "Yeni Alyans"ın yaradılması iddiası

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Gürkan Hacırın təqdimatında Taksim Meydanında qonaq olan Türkiyə Qəzet Yazarı Fuat Uğur bir-birinin ardınca kulis məlumatları paylaşıb. Uğur 8 partiyalı ittifaqla bağlı son məlumatları açıqlayıb. Ədalət Partiyasının sədri Prof. Dr. Fuat Uğur Necdət Özlə görüşündən danışaraq “O qədər geniş əhatə dairəsi olan bir ittifaq yaranacaq ki, siyasətin kartları yenidən paylanacaq” deyib.

Lukaşenko: ABŞ dünyadakı bütün münaqişələrdə iştirak edir

Belarus prezidenti Vaşinqtonun dünyada baş verən bütün böyük siyasi münaqişələrdə müəyyən həddə rol aldığını deyib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko şənbə günü ölkəsinin milli birlik günü münasibəti ilə  keçirilən yığınacaq çəxışında deyib:
Vaşinqton bütün böyük siyasi münaqişələrdə iştirak edir, lakin eyni zamanda, canlı bombaya çevirilən öz daxili münaqişələrinə də məhəl qoymur.

Rəisi: Sanksiyalar, terrorizm, müharibə və qan tökülməsi birtərəfliliyin nəticəsidir

Operativ.tv İRNA-ya istinadən xəbər verir ki, Prezident İbrahim Rəisi BMT-nin güclü ölkələrin qurumu olmamalı olduğunu bildirib və sanksiyalar, terror, müharibə və qan tökülməsi təktərəfliliyin nəticəsi olduğunu söyləyib. Rəisi BMT Baş Assambleyasının 77-ci iclasında iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyətinin başında Nyu-Yorka daxil olarkən jurnalistlərə açıqlama verib.