Çavuşoğlu işğal edilmiş Fələstin ərazilərinə səfəri zamanı əl-Əqsa məscidini ziyarət edəcək

 “Biz əl-Əqsa məscidinə gedəcəyik və Fələstinin lideri Mahmud Abbasla da görüşəcəyik”.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fələstinə səfəri zamanı deyib.

O, bu səfərdə əl-Əqsa məscidinə də gedəcəyini deyib.

Türkiyənin XİN rəhbəri əlavə edib ki, İsraillə fikir ayrılıqları var, lakin hər iki ölkə danışıqlarda da fayda görürlər.

Qeyd edək ki, Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti artıq Ramallaha çatıb.

Çavuşoğlu bu səfərdə Təl-Əvivdə İsrailin XİN rəhbəri Yair Lapidlə də görüşəcək. Səfərdən əsas məqsəd səfirlərin öz işlərinə qayıtmasıdır.