Çavuşoğlu:“Həmin salamlaşma bizim də ənənələrimizə uyğundur”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın koronavirusa görə NATO-nun baş katibi Yens Stoltenberqlə əl tutub salamlaşmamasına münasibət bildirib.
 
Nazir bildirib ki, Türkiyə Prezidentinin Brüsseldəki salamlaşma üsulunun dünyada tətbiq olunmasına başlanılıb.
 
"Həmin salamlaşma bizim də ənənələrimizə uyğundur”, - deyə Türkiyə XİN başçısı qeyd edib.
 
Xatırladaq ki, Brüsseldə NATO baş katibi Ərdoğana əlini uzatsa da, Türkiyə Prezidenti onu geri çevirib. Ərdoğan əlini sinəsinə götürərək "korona" ifadəsini işlədib.