Cek Sallivan Hikmət Hacıyevlə Armen Qriqoryan arasında görüş təşkil edib

Operativ.tv Turan-a istinadən xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan çərşənbə axşamı Vaşinqtonda Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla “birbaşa və konstruktıv danışıqlar üçün” görüşüb.

Sullivan tvitter hesabında  yazib : "Biz zorakılığın qarşısının alınmasının və məhdud və diqqətli danışıqların aparılmasının vacibliyini müzakirə etdik" dedi.
“Biz sabit və davamlı sülhə dəstək üçün irəliyə doğru konkret addımlar da müəyyən etdik”, - o əlavə edib.
Ağ Ev hər hansı təfərrüat açıqlamayıb.

Görüş Nyu-Yorkda iki ölkənin xarici işlər nazirləri arasında dialoqdan bir neçə gün sonra baş tutub. Məhz o zaman dövlət katibi Blinken tərəfləri ayın sonuna qədər “yenidən görüşməyə” çağırdı.