Çin: ABŞ təxribatlarından əl çəkməlidir!

Ağ Ev administrasiyası Tayvan boğazında sülh və sabitliyi pozacaq açıqlama və təxribatlardan çəkinməlidir.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ prezidentinin Tayvanla bağlı açıqlamasını şərhində deyib.

O bildirib ki, ABŞ Tayvanın müstəqilliyini müdafiə edənlərə yanlış ismarış göndərməməlidir:

“Tayvanla sülh yolu ilə birləşmək üçün müəyyən addımlar atmağa hazırıq”.

Qeyd edək ki, Ağ Ev rəhbəri Çin və Tayvan arasında münaqişə yaranacağı təqdirdə, ölkəsinin ikincini müdafiə edəcəyini açıqlamışdı.