Çin və İran Nensi Pelosinin Tayvana səfərini müzakirə ediblər

İran-Çin Dostluq Dərnəyinin rəhbəri Əlaəddin Borucerdi və Çinin İrandakı səfiri Çan Hua Tehranda keçirilən görüşdə İran və Çin xalqları arasında dostluğun inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Operativ.tv SalamNews-a istinadla verdiyi xəbərə görə, görüşdə çıxış edən Çin səfiri ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri şəklində ABŞ-ın Çinin ərazi bütövlüyünə müdaxiləsi qarşısında İranın Çinə dəstəyini alqışlayıb.

İran tərəfi isə öz növbəsində bildirib ki, ABŞ-ın müdaxilə tədbirlərinə qəti cavab verilməsə, Vaşinqton daha da genişmiqyaslı addımlar atacaq. 

Bir müddət öncə İran-Çin Dostluq Dərnəyi bəyanat yayaraq Nensi Pelosinin Tayvana səfərini Çinin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması kimi qiymətləndirib.