Çinin dövlət başçısı 3 ölkənin liderlərinə başsağlığı verdi

Çinin dövlət başçısı Si Tszinpin koronavirus ilə əlaqədar çətin vəziyyətə görə İtaliya, İran və Cənubi Koreya liderlərinə başsağlığı verib.

Operativ.tv xəbər verir ki, bu barədə məlumatı “China News” nəşri yayıb.

Qeyd olunur ki, Si Tszinpin həmkarlarına zəng edərək şəxsən bu ölkələrdə baş verən epidemik vəziyyətə görə bütün xalq adından səmimi başsağlığını bildirib.

Martın 11-də ÜST-nin baş direktoru Tedros Adan Gebreyesus yeni Covid 2019 infeksiyasının yayılmasının pandemiya adlandırıldığını söyləyib.

Bir gün sonra martın 12-də Çinin Dövlət Səhiyyə Komitəsi ölkədə epidemiyanın zəiflədiyini elan edib.

Son məlumatlara görə, dünyada 143 mindən çox insan bu virusa yoluxub, 5388 nəfər vəfat edib.