Cəlal Əliyevin onun barəsində dediyi...

 

Demək olar ki, illərdir, televizorda ancaq xəbərlərə baxıram. Hətta yaltaqlıqla dolu xəbər verilişlərini də çox tənqid etmişəm. Bu günlərdə dostların xəbərdarlığıyla bir yaltağın (Mirşahinin) verilişinə baxdım. Hər zamankı kimi təəccüblənmədim. Çünki həmin məxluq yaltaqlığı ilə təkcə ölkəmizdə deyil, MDB ölkələrində tanınan, hətta Qərb ölkələri arasında ad qazanan bir "jurnalistdir".  İzlədiyim verlişdə bu kəs yenə də MBH liderinə qarşı danışaraq, üfünət iyi verən ağzını açmışdı. Kəm düşüncəsi ilə elə sözlər işlədirdi ki, hətta bişmiş toyuğun da gülməyi gəlirdi. Hüquq mühafizə orqanları tərəfindən istintaq, məhkəmə zamanlarında da Tale Bağırzadə və MBH-nin hər hansı bir qonşu ölkə ilə hətta kiçik bağlantısı belə olduğu sübut edilə bilməsə də, bu kəmsavad qalstuklu- kostuyumlu guya ağıllı görünən duruşuyla kənardan sərt ittihamlar səsləndirir. Belə ki, bu xəstə təfəkkürlü sarsaq öz adı ilə apardığı verilişdə axmaq düşüncəsi ilə yüz minlərin sevib dəyər verdiyi şəxsə şər ataraq, həm insanların nifrətini qazanır, həm də onları incidir. Həmçinin, özünü hüquq mühafizə orqanlarından daha bilikli və onlardan nöqsan tapan müfəttiş kimi göstərir. Lakin özünün şəxsi keyfiyyətinə baxsaq, görərik ki, bu məxluq kimdir. İşlədiyi yerdə öz kollektivindən xain adı alaraq ayrılan, illər öncə çiyin-çiyinə dayandığı insanların nifrətini qazanan biri olub. 20 ildən artıq çörək qazandığı ANS-in qapısına şıllaq atan biri kimi bütün keçmiş kolleqalarının arasında ayrıca nifrətin sahibidir.

 Dəyərli dostlar! Sizlərin qızıl zamanını almaq istəmirəm. Bunun kimliyini bilənlər zatən bilir. Bilməyənlər də Youtube-da keçmiş deputat, akademik Cəlal Əliyevin onun barəsində dediyi “tərifə”, kiçik çarxa baxa bilərlər.

P.S. Bəlkə bu yazıda çox sərtlər istifadə etmişəmsə, dostlar məni bağışlasın. Bu sözlər elə onun verilişindən öyrəndiyim sözlərdir.

Abbas Hüseyn