Conson: Putinin Ukraynadakı qələbəsi iqtisadi fəlakətə çevriləcək

Böyük Britaniyanın baş naziri Boris Conson G-7 üzvlərinə və NATO müttəfiqlərinə xəbərdarlıq edib ki, onlar Ukraynanı əlverişsiz şərtlərlə sülh sazişinə sövq etməməlidirlər, çünki bu, qlobal iqtisadiyyat üçün fəlakət yarada bilər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. 

Ukraynalıların Donbassda, Severodonetskdə, sonra isə cənubdakı quru körpü ərazisində hadisələrin gedişatını dəyişmək üçün köməyə ehtiyacı olduğunu başa düşməyin vaxtı çatıb. İndi ukraynalıları atəşkəs müqabilində ərazilərinin bir hissəsini verməyə dəvət olunan əlverişsiz şərtləri qəbul etməyi çağırmaq vaxtı deyil", deyə Conson vurğulayıb. 

Böyük Britaniyanın baş nazirinin narahatlığı onunla bağlıdır ki, Rusiya yeni ərazilər əldə edərək, guya, Ukrayna taxılının tədarükünü əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

"Dünyanın ən kasıb ölkələrindən bəziləri tamamilə Ukraynadan gələn taxıl tədarükündən asılıdır", deyə Conson əlavə edib.