Daha bir AXCP fəalı həbs edilib

İyulun 28-də AXCP-nin digər üzvü Elnur Yusubov inzibati qaydada həbs edilib.

AXCP-dən Turan-a verilən məlumata görə, E.Yusubov İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (pandemiya dövründə karantin rejiminin pozulması) maddəsi ilə ittiham olunub.

Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimli onu 30 sutka həbs edib.

Fəal iyulun 26-da saxlanılıb.